Altsheymer xəstəliyi genetikdir?
Bəli, Altsheymer xəstəliyi bəzən genetik ola bilər, amma hər zaman deyil.
Erkən başlanan Altsheymer (30-60 yaş arası) nadir rast gəlinir, amma ailəvi və genetik keçişli ola bilər.
Bu halda PSEN1, PSEN2 və APP genlərində dəyişikliklər rol oynaya bilər.
Gec başlayan Altsheymer (65 yaşdan sonra) isə ən çox yayılmış formadır.
Bu tipdə APOE ε4 adlı gen xəstəlik riskini artıra bilər.
Yəni genetik faktorlar mühümdür, amma həyat tərzi, qidalanma, təzyiq və şəkər kimi sağlamlıq amilləri də böyük rol oynayır.
Ailənizdə Altsheymer olanlar varsa, bizim genetik Altsheymer panelini verə bilərsiz.
Genetik testlər Altsheymer xəstəliyinin riskini qiymətləndirmək üçün xüsusilə ailəsində bu xəstəlik olan şəxslərdə istifadə edilə bilər. Bu testlər nəticəsində xəstələrin erkən müalicə və profilaktika tədbirlərinə başlaması mümkün olur. Belə testlər vasitəsilə Altsheymer-in inkişaf riskini azaltmaq üçün daha erkən yaşdan tədbirlər görmək mümkündür.
2356 | 02.06.2025
- Rəylər
Загрузка комментариев...

