Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AR Səhiyyə Nazirliyi, TƏBİB və Referans Medical Group-un birgə təşkilatçılığı ilə Lerikdə “Həmkardan həmkara – Qayğı ilə” adlı sosial layihə çərçivəsində ödənişsiz həkim müayinələri keçirildi. Layihə çərçivəsində Referans Medical Group-un həkimləri Pediatr Dr. Səməngül Tarverdiyeva, LOR Dr. Möhübbət İsmayılov, Endokrinoloq Dr. Aysel Cəfərova Lerik Rayon Mərkəzi Xəstəxanasında sakinlərin sağlamlığını müayinə etdilər. Bu təşəbbüsün məqsədi bölgələrdə tibbi xidmətlərin əlçatanlığını artırmaq və əhalinin sağlamlığını qorumaqdır. Layihənin il sonunadək digər rayonlarda da davam etməsi planlaşdırılır. Bütün həkimlərimizə və əməkdaşlıq edən tərəfdaşlarımıza təşəkkür edirik! Aksiyanın videohesabatını izləməyi unutmayın!

16416 | 17.04.2025