Qida həssaslığı orqanizmdə həzm oluna və sorula bilməyən qida və qida məhsullarına qarşı verilən reaksiyasıdır. Bu zaman diskomfort hissi, meteorizm, mədə bulanması, mədə yanması, qusma, ishal, mədə ağrıları kimi əlamətlər meydana çıxa bilər. Adətən bu xüsusiyyətlər allergik reaksiyalarla qarışıq salınır və İgE-in yoxlanmasına qərar verilir. Lakin aparılan çoxsaylı tədqiqatlara əsasən Qida Həssaslığı Testi, qidalara qarşı yaranan spesifik IgG anticisimlərinin təyini əsasında müəyyən edilir.
Qeyd: Simptomlar (sistemik və ya spesifik) dərhal görünməyə bilər. Bir simptomun dəqiq gözə çarpması bir neçə gün,hətta bir ay sonra ola bilər. Çox zaman simptomların təsiri tədricən başlayır və getdikcə kəskinləşir.
Əgər bu simptomlardan bəziləri sizdə varsa və hələ də düzgün diaqnoz qoyulmayıb, müalicə almamısınızsa, FOX testi iıə çoxdan gözlədiyiniz dəqiq nəticəni əldə edə bilərsiniz.
FOX 13 qida qrupundan 287 qida antigenini aşkarlaya bilən immunoanalizdir.
İmmunoanaliz zamanı:
• Qanınızdakı qidaya xas olan IgG (immunoqlobulin G) anticisimlərin konsentrasiyasını təyin edir;
• Az miqdarda qan nümunəsi tələb olunur;
• Fərdi hazırlanmış test nəticələrinizi əldə edəcəksiniz.
Vacib qeydlər:
• FOX IgG ilə əlaqəli qida həssaslığını aşkar edir, IgE ilə əlaqəli qida allergiyasını aşkar etmir.
• IgG testinin nəticələrinə əsaslanan pəhrizlər, simptomları azalda bilər və bununla da ümumi sağlamlıq statusunu yaxşılaşdıra bilər.
• Qidaya qarşı həssaslıq, depressiya və miqren, iltihabi bağırsaq xəstəliyi (İBD) və qıcıqlanmış bağırsaq sindromu (İBS) olan xəstələr IgG FOX testindən sonra tətbiq xüsusi pəhrizdən faydalana bilərlər.
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
650,00 ₼
Müraciət et
Texniki Göstəricilər
BÖLMƏ
|
Allerqologiya |
Çalışma üsulu
|
Nano-bead texnologiyası |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
2 iş günü sonra saat 17:00 da |
Nümunə miqdarı
|
300 MkL |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli, lipemik nümunələr |
Sinonim
|
Fox |
Testə hazırlıq/xüsusi şərtlər
|
Xüsusi hazırlıq tələb olunmur. |
Testin kodu
|
LAB-14-008 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.