AAT, Anti-alfa tripsin,Alpha-1 Antitrypsine
Alfa-1 antitripsin, zülal elektroforezində α1 zolağının ən önəmli hissəsini təşkil edir. Zülal parçalanmasını təmin edən müxtəlif fermentləri inaktivləşdirən bir proteaza inhibitorudur.
Alfa-1 antitripsin pozitiv kəskin faza zülallarından biridir. Hər növ kəskin və xroniki iltihab zamanı, toxuma zədələnməsinə səbəb olan hallarda, travmalarda və bədxassəli şişlərdə yüksəlməyə meyillilik olur. Eyni şəkildə oral kontraseptivlərdən istifadə zamanı, hamiləlik və stres hallarında alfa-1 antitripsin konsentrasiyasında artmaya səbəb ola bilər. Orta dərəcədə çatışmazlıq olan bir şəxsdə, ölçmənin bu tərz bir problemin və ya vəziyyətin olduğu dövrdə aparılması zamanı normal aralıq sərhədləri daxilində bir nəticə ola bilər. Alfa-1 antitripsin çatmamazlıgı agciyər və qaraciyərin zədələnməsinə səbəb olur.
Malabsorbsiya, zülal sintezinə təsir edən qaraciyər xəstəlikləri, nefrotik sindrom, neonatal respirator distres sindrom, zülal itkisinə səbəb olan enteropatiyalar, eksudativ dermopatiyalar və irəliləmiş bədxassəli törəmələr ikincili Alfa-1 antitripsin azalmasına səbəb olan əsas hallardandır.