Amonium
Ammonyak qana əsasən 2 mənbədən daxil olur:
1) toxumalarda katabolizme uğrayan zülallardan (aminturşulardan) ayrılır;
2) yoğun bağırsaqlarda bakteriyaların azotlu birləşmələri parçalaması nəticəsində əmələ gələn ammonyakın bir hissəsi bağırsaqlardan sorularaq qana keçir.
Ammonyak toxumalarda nisbətən çox əmələ gəlir. Lakin onun qandakı qatılığı cüzi dərəcədə olur. Çünki qana keçən ammonyakın böyük hissəsi tezliklə qaraciyər hüceyrələrinə daxil olub, zərərsizləşdirilir. Bir hissəsi isə keto turşulardan amin turşulann sintezinə sərf edilir. Ammonyakın orqanizmdən xaric edilməsi əsasən onun qaraciyərdə zərərsiziəşdirilərək, karbamidə çevrilməsi ilə əlaqədardır. Məlumdur ki, karbamid böyrəklərdən asanlıqla xaric olur.
Orqanizmdə transaminaza reaksiyası vasitəsilə aminsizləşməyə uğrayan amin turşulardan ayrılan ammonyakın bir hissəsi isə qlutaminin sintezinə sərf edilir. Qlutamin böyrək borucuqlannın epitel hüceyrələrində qlütaminaza fermentinin təsirinə məruz qalır və əmələ gələn ammonyak ammonium birləşmələrinə çevrilərək, böyrəklərdən sekresiya yolu ilə (ATF eneıjisi sərf edilməklə) xaric edilir. Bu proses ammoniogenez adlanır. Orqanizmdən sidik vasitəsilə xaric edilən birləşmələrin 6%-ə qədərini ammonium duzlan, 90%-ə qədərini isə karbamid təşkil edir. Qəbul edilən qidanın tərkibində zülalın miqdarı nə qədər az olarsa, sidiyin azotlu birləşmələrinin arasında da sidik cövhərinin miqdarı bir o qədər az olur.
Analiz üçün götürülən qan uzun müddət saxlandıqda onun tərkibində ammonyakın miqdarı artır. Çünki, bu zaman qanda olan karbamid parçalanır. Gərgin fiziki əmək və idman zamanı da qanda ammonyakın miqdarı arta bilər.
Artmasına səbəb olan hallar:
• Anadangəlmə ferment çatışmazlıqları (karbamilfosfat- sintetaza, omitintranskarbamilaza və b.);
• Bəzi dərman preparatları (L-asparaginaza, xlortalidon və b.);
• Fetal eritroblastoz;
• Emfızema;
• Qaraciyər çatışmazlığı;
• Qaraciyər köçürülməsi Bağırsaq qanaxmaları;
• Həddən artıq zülal qəbul edilməsi;
• Kəskin hepatit (nekroz);
• Hemorragiyanın kəskinləşmiş forması;
Azalmasına səbəb olan hallar:
• Tablet şəklində olan antibakterial preparatların qəbul edilməsi.