1-4 Delta Androstenedion
Kliniki praktikada anadangəlmə adrenal hiperplaziya, qadınlarda virilizasiya, hirsudizm, polikistoz yumurtalıq sindromu kimi halların diaqnozu və müalicə zamanı xəstənin izlənməsi məqsədi ilə istifadə olunur.
Stein Levanthal sindromu, ovarial stromal hiperplaziya, anadangəlmə adrenal hiperplaziya, Gushing sindromu və ACTH ifraz edən ektopik şişlər kimi hirsudizmə səbəb olan hallarda, serumda androstenedion konsentrasiyası yüksək olur. Hirsudizm hallarının təxminən 60%-də serumda androstenedion konsentrasiyasının yüksək olduğu göstərilir. Androstenedion, periferik toxumalarda tetosteron və dehidrotestosterona çevrilərək hirsudizm patogenezində rol oynayır. Eyni zamanda piylənmə olan qadınlarda, androstenedionun piy toxumasında estrogenlərə çevrilməsinə endometrial hiperplaziya səbəb ola bilər.
Pubertat öncəsi uşaqlarda, oraqvari hüceyrəli anemiyada, ilkin və ya ikincili adrenal çatışmazlığı və yumurtalıq çatışmazlığı olan qadınlarda androstenedion konsentrasiyası aşağı olur.
Beləki, həm testosterona, həm də estrogenlərə çevrilə bilir. Bu kişilərdə idmandan sonra azalan testosteronu, cinsi istəyin və enerjinin bərpasına görə idmançılar üçün dopinq sayılır. Adrenal çatışmazlıqı olduqda miqdarı azalır, yumurtalıq və böyrəküstü vəzin şişlərində isə miqdarı artır.