ACE2 , ACE (Angiotensin Converting Enzyme) Angiotensin-1-Converting Enzyme Kinase II Peptidylpeptide Hydrolase
Angiotenzin convert enzimi, endotel hüceyrələri tərəfindən sintez edilən və qan təzyiqinin requlyasiyasında rol oynayan bir fermentdir. Qanda ölçülən ACE aktivliyinin ilkin mənbəyi ağciyər endotelidir.Serum ACE aktivliyi, xəstəliyin mərhələsi ilə də əlaqəli olur. I mərhələ sarkoidoz (bilateral hilar adenopatiya) hallarının 87%-də, II mərhələ (Bilateral hilar adenopatiya+parenximatoz infiltratlar) hallarının 88%-də, III mərhələ (parenximatoz infiltrasiya) hallarının 95%-də aktivlik yüksək olur.
Angiotenzin çevirici faktor artır:
• Sarkoidoz, kəskin və xronik bronxit, vərəm etiologıyalı ağciyər fıbrozu, peşə pnev¬mo¬koinozları, revmatoid artrit, birləşdirici toxuma xəstəlikləri, boyun limfa¬de¬niti, miokardit, Qoşe xəstəliyi.
Angiotenzin çevirici faktor azalır:
• Ağciyərin xronik obstruktiv xəstəliyi, ağciyər xərçəngi və vərəminin son mərhələrində .
ACE aktivliyi, diaqnozla yanaşı xəstədə qranuloma kütləsinin miqdarı haqqında da məlumat verir. Eyni zamanda müalicəyə verilən cavabın müşahidəsində də böyük əhəmiyyəti var. Steroid müalicəsinə başlayan xəstələrdə, xəstəliyin aktivliyinin azalması ilə serumda ACE aktivliyi də enməyə başlayır.