APOLİPOPROTEİN A1, APO A
Apolipoproteinlər lipid komplekslərinin zülal hissəsidir, onların vasitəsilə lipidlər bədəndə qanla aparılır. Onlar xolesterolun suda həll olunmayan nüvəsini örtərək həll olma xüsusiyyətlərini təmin edir.
Analiz nə üçün istifadə olunur?Ürək-damar xəstəliklərinin və onların ağırlaşmalarının inkişaf riskini qiymətləndirmək;
Apolipoprotein B / apolipoprotein A1 nisbətini hesablamaq üçün (bəzən aterogen əmsalı əvəzinə istifadə olunan bir əmsaldır, ürək-damar xəstəliklərinin inkişaf riskini qiymətləndirmək üçün istifadə olun
Analiz nə vaxt təyin olunur?
- Ümumi xolesterinin yüksək səviyyəsinin aşkarlandığı hallarda;
- Xəstənin yaxınlarında gənc yaşda ürək-damar xəstəlikləri və onların ağırlaşmaları olduğu hallarda;
- Apolipoprotein A-nın genetik cəhətdən müəyyən edilmiş çatışmazlığına şübhə olduğu hallarda;
- Xəstənin hiperlipidemiyasının apolipoprotein A1 çatışmazlığından qaynaqlandığı şübhəsi olduğu hallarda;
- Əgər əvvəlki test nəticələri ürək-damar xəstəliklərinin inkişaf riskini göstəribsə, xəstə heyvan yağlarının məhdudlaşdırılması ilə pəhriz saxladığı və yaxud lipidləri azaldan dərmanlar-statinlər qəbul etdiyi hallarda (hədəf lipid səviyyəsinə nail olub-olmadığını müəyyən etmək üçün).
Ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorlarına aşağıdakılar daxildir:
- Siqaret və tütünçəkmə;
- Yaş faktoru (45 yaşdan yuxarı kişilər üçün, 55 yaşdan yuxarı qadınlar üçün);
- Yüksək qan təzyiqi (140/90 mm Hg və yuxarı);
- Digər ailə üzvlərində yüksək xolesterol və ya ürək-damar xəstəlikləri (55 yaşdan aşağı ən yaxın kişi qohumunda infarkt və ya insult, 65 yaşdan kiçik qadın);
- İşemik ürək xəstəliyi;
- Miokard infarktı;
- Şəkərli diabet;
- Çəki artıqlığı;
- Alkoqoldan istifadə;
- Heyvan yağları ilə zəngin qida qəbulu;
- Aşağı fiziki aktivlik.