Aspartat aminotransferaza ASAT, SGOT-serum glutamik oksaloasetik transaminaza
Əzələ zədələnmələri, əzələ distrofiyaları, kəskin pankreatit və böyrək çatışmazlığı ALT-dən daha çox AST yüksəlir. Ürək və ya skelet əzələsi nekrozu və ya travmasında, ürək və ya skelet əzələsinin inflamator xəstəliklərində, kəskin miokard infarktında, ağır məşqdən sonra, ürək çatışmazlığında, ağır yanıqlarda, hipotiroidizmdə, intestinal obstruksiyalarda, bədxassəli hipertermiyada və talassemiya majorda da serum AST səviyyəsi dəyişən nisbətlərdə yüksək ola bilər. Beyin infarktı və qanaxmalarında, kəskin pankreatitdə, böyrək infarktında, hemolitik anemiyalarda, hemofiliyada və malnutrisiyalarda da bəzən yüksək rəqəmlərə rast gəlinə bilər. Hepatotoksik dərmanlar və ya xolestaza səbəb olan dərmanların istifadəsi zamanı plazmada AST aktivliyində ümumiyyətlə keçici yüksəlmələr ola bilər.
Artmasına səbəb olan hallar:
- Miokard infarktı;
- Kəskin revmokardit;
- Angiokardioqrafıyadan sonrakı vəziyyət İnfeksion mənşəli hepatitlər;
- Xronik hepatitlər;
- Mədə-bağırsaq sisteminin bədxassəli şişləri;
- Qaraciyərin və pankreasın bədxassəli şişləri;
- Kəskin pankreatit;
- Döş vəzisinin bədxassəli şişləri;
- Melanomalar;
- Limfoma və leykozlar;
- Spirtli içkilər;
- İnfeksion mononukleoz;
- Dərman və toksik maddələrin qaraciyərə tə'siri;
- Ağciyər infarktı;
- Dəm qazı ilə zəhərlənmələr;
- Arı sancması;
- Günvurma;
- Bronxial astmamn ağır formaları;
- Paroksizmal mioqlobinuriyalar;
- Artritlərin müxtəlif formaları.
Azalmasına səbəb olan hallar:
- Böyrək çatışmazlığı;
- Pirıdoksin çatışmazlığı;
- Hamiləlik;
- Eritromisinlə müalicə;
- Hemodializ;
- Qaraciyər xəstəlikləri;
- Şəkərli diabetin ketoasidozlu forması.