Birləşməmiş bilirubin, sərbəst bilirubin, İndirect bilirubin
Sərbəst bilirubin zəhərli maddədir. Bilirubinin bu növü qaraciyər hüceyrələrində qlükuron turşusu ilə birləşdirilib, ödün tərkibində bilirubin-diqlükuronid və ya bihrubin-monoqlü- kuronid şəklində bağırsaqlara ifraz edilir. Beləliklə, həm qaraciyərin özündə əmələ gələn, həm də qan vasitəsilə buraya gətirilən sərbəst bilirubin burada birləşmiş bilirubinə (bilirubi nin mono- və diqlükuronidlərinə) çevrilir.
Birləşmiş bilirubin suda nisbətən yaxşı həll olduğuna görə, orqanizmdən asanlıqla xaric edilə bilir (bağırsaqlara tökülən ödün tərkibindəki biliru binin əsas hissəsi burada çoxmərhələli kimyəvi dəyişikliklərə uğrayıb, sterkobilinogenə çevrildikdən sonra nəcisin tərkibində orqanizmdən xaric edilir), bəzi patoloji proseslər zamanı qanda bilirubinin bu növü artdıqda, sidiyin tərkibində də bili rubin aşkar edilir. Qan serumunda bilirubin! tə’yin etmək üçün Van den Berqin diazoreaktivi vasitəsilə aparılan rəng reaksiy alarından istifadə edilir. Bu reaktivi qan serumuna əlavə etdikdə sərbəst bilirubin rəngini dəyişmir. Çünki sərbəst bilirubini adsorbsiya edən albuminlər onun diazoreaktivlə təmasının qar şısını alır. Buna görə sərbəst bilirubini təyin etmək üçün qan serumu zülallarını qabaqcadan spirt vasitəsilə çökdürmək la
zım gəlir. Birləşmiş bilirubin isə serumda həqiqi məhlul şəklində olduğuna görə, diazoreaktivlə bilavasitə (düz) reaksiya verir. Buna görə sərbəst bilirubinə vasitəli (qeyri-düz), birləşmiş bilirubinə isə vasitəsiz (düz) bilirubin adı verilmişdir. Ödün tərkibində olan bilirubinin bir hissəsi reduksiyaya uğrayıb, biliverdinə çevrilir. Biliverdin ödə tünd-yaşıl rəng verir. Ümumiyyətlə, bilirubin və biliverdini «öd piqmentləri» də adlandırırlar.
Sidikdə bilirubin yalnız qanda birləşmiş bilirubinin miqdarının artdığı hallarda aşkar edilə bilir. Buna öd yollarının tutulması ilə müşayiət edilən xəstəliklər və qaraciyər parenximası- mn zədələnmələri səbəb ola bilər. Qanda bilirubinin qatılığı artdıqda onun bir hissəsi toxumalara çökür. Nəticədə dəri və selikli qişalar sarı rəngə boyanır. Bu, müxtəlif xəstəliklərin əsas əlamətlərindən biri olduğuna görə, qanda bilirubinin sər bəst və birləşmiş formalarının tə'yin edilməsinin böyük diaq- nostik əhəmiyyəti vardır.
Birləşmiş bilirubinin artmasına səbəb olan hallar:
• Öd yollarının tutulması ilə əlaqədar olan müxtəlif xəstəliklər;
• Idiopatik rekurrent qaraciyərdaxili xolestaz;
• irsi xəstəliklər (Dubin-Conson xəstəliyi, Rotor sindromu və s.);
• Virus hepatitləri;
• Dərmanların, zəhərli maddələrin, spirtli içkilərin törətdiyi toksik hepatitlər;
• Hamiləlik;
• Hamiləliyin qarşısını almaq məqsədilə istifadə edilən kon- traseptiv preparatlar
Sərbəst bilirubinin artmasına səbəb olan hallar:
• İrsi hemolitik anemiyalar;
• Dərman mənşəli hemolizlər;
• Qazanılma (autoimmun və izoimmun) hemolitik anemiyalar;
• Ağciyər infarktı;
• Ürək çatışmazlığı.