Fosfat
Orqanizmə həzm sistemi vasitəsilə daxil olan fosfor bağırsaqlardan sovrulduqdan sonra əsasən sümüklərdə toplanır. Qan serumunda fosforun qatılığı ilin fəsillərinə, günün müxtəlif saatlarına, orqanizmin fərdi inkişaf dövrünə uyğun olaraq dəyişə bilər. Qış aylarında və gecə saatlarında qan serumunda fosforun qatılığı aşağı, yay aylarında və gündüz saatlarında isə nisbətən yuxan səviyyədə olur.
Hiperfosfatemiya rast gəlinir:
• böyrək çatmamazlığı;
• Hipoparatireozda;
• psevdohipoparatireozda;
• şişlərin dağılmasında;
• metabolik və respirator asidozda,
• akromeqaliyada;
• D hipervitaminozunda;
• sümük xəstəlik¬lərində;
• şəkərli diabetdə;
• İtsenko-Kuşinq xəstəliyi; bəzən Addison xəstəliyi; h
• amiləlik toksikozunda
Hipofosfatemiya rast gəlinir:
• alkoqolizmdə;
• respirator alkalozda;
• bağırsaqda sorulmasının çətinləşməsi zaman;
• ağır yanıqlar;
• diabetik ketoasidozun müalicəsində;
• artıq qida qəbulu, fosfor birləşdirici maddələrin qəbulu.
Bunlardan əlavə: qlükoza infuziyası, qidada D vitamini defısiti, böyrəklərlə itirilməsinin yüksəlməsi, kəskin tübulyar nekrozun diuretik fazasında, böyrək köçürməsindən sonra, Fankoni sindromunda da yarana bilər.