Bu fermentə, demək olar ki, bütün toxumalarda rast gəlinir. Lakin böyrək toxumasında onun nisbi aktivliyi daha yüksək olur. Buna baxmayaraq, serumda y-qlutamiltransferazanın aktivliyini adətən qaraciyər və öd yolları xəstəliklərinin diaqnostikası məqsədilə təyin edirlər. Narkotiklər və sedativ preparatlar bu fermentin aktivliyini induksiya edir. Alkohol istifadə edənlərin müəyyən edilməsi və müşahidəsi baxımından da bu tetsin köməkçi ola biləcəyi bildirilir. Çox zaman alkalen fosfataza ilə birgə istifadə olunur. Hər iki enzimin birgə yüksək olması, öd yolları ilə əlaqəli durğunluq ola biləcəyini düşündürür. Yalnız alkalen fosfataza yüksəkliyi halında osteoblastik aktivlikdə artıma şərait yaradan bir səbəbin ola biləcəyi düşünülür.Xüsusilə mexaniki sarılıqlarda, qaraciyərdaxili xolestazda və pankreatitlərdə alkalen fosfataza ilə birgə yüksəlir. Metastatik qaraciyər xərçənglərinin diaqnostikasında və müalicəyə verilən cavabın müşahidəsində də faydalıdır. İlkin billiar sirrozda, kongenital billiar atreziyada da yüksək səviyyələrə çatır. Hipertiroidizmdə yüksək, hipotiroidizmdə aşağı olur.Hepatotoksik dərmanların əhəmiyyətli bir hissəsi də GGT aktivliyində artıma səbəb olur.
Artmasına səbəb olan hallar:
- Kəskin hepatit (sağalma me'yan olaraq);
- Xronik hepatit (kəskin hepatitdən fərqli olaraq daha çox yüksəlir);
- Qaraciyərin birincili karsinoması (10-20 dəfə artıq olur);
- Birincili biliar sirroz;
- Hepatik steatoz (yağlı qaraciyər);
- Mexaniki sarılıq;
- Qaraciyər şişlərinin metastazlan;
- Qaraciyərin metastatik şişləri;
- Xolestaz;
- Pankreatit;
- Kəskin miokard infarktı belə xəstələrin 50%-də müşahidə edilir;
- Spirtli içkilərin qəbulu;
- Dərman preparatlarının (barbituratlar) təsiri.
32056 | 03.09.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
14 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Biokimya |
|
Çalışma üsulu
|
Fotometriya |
|
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
|
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
|
Nümunə miqdarı
|
500 mkl |
|
Nümunə növü
|
Serum |
|
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
|
Sinonim
|
Qamma-Qlütamiltransferaza |
|
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər ac qarına qan alınmalıdır. |
|
Testin kodu
|
LAB-04-088 |
|
Tüb (qab)
|
Sarı qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

