Protein S-nin yetərlilik testi
Analiz nə üçün aparılır?
Tədqiqat, ilk növbədə irsi xarakter daşıyan Protein S çatışmazlığını təyin etmək üçün aparılır. Təkrarlanan tromboz riskini minimuma endirəcək sonrakı profilaktik tədbirlər üçün protein S-in diaqnozu vacibdir.
Analiz nə vaxt təyin olunur?
• Trombofiliyanın kompleks diaqnozunda;
• arterial və ya venoz tromboz epizodları olduqda;
• habelə başqa açıq səbəbləri olmayan tromboembolik ağırlaşmalar olduqda, xüsusən də gənclərdə (50 yaşın altında) baş verərsə;
• ailədə kimdəsə olarsa, həm də daim təkrarlanırsa;
Hamiləlik dövründə trombotik komplikasiyaların səbəblərinin kompleks diaqnozunda sərbəst protein S səviyyəsinin təyin edilməsi də məsləhət görülür.
Nəticələrin interpretasiyası
Anadangəlmə çatışmazlıqda, sintetik funksiyası pozulmuş qaraciyər xəstəliklərində, nefrotik sindromda, yayılmış damardaxili laxtalanma sindromunda, bəzi sistem xəstəliklərində (lupus eritematoz), dolayı antikoaqulyantlar (K vitamini antaqonistləri) qəbul edərkən L-asparaginaz ilə sərbəst protein S-nin azalması müşahidə olunur.