Protrombin zamanı
Protrombinin trombinə çevrilmə mərhələsində qan laxtalanma prosesinin intensivlik göstəricisidir. Tədqiq olunan qan plazmasında tromboplastin və kalsium duzunun iştirakı ilə laxta əmələ gəlmə müddətini müəyyən edir. Dolayı təsirli antikoaqulyantlarla müalicə aparılarkən nəzarət üçün istifadə olunur.
Artma:
· antikoaqulyantların və antiaqreqantların qeyri- adekvat seçilmiş dozaları;
· birləşdirici toxumanın sistem xəstəliyi;
· hemofiliya;
· hemorragik qızdırma;
· hipervitaminoz A, hipovitaminoz K;
· qaraciyərin alkohol xəstəliyi;
· mədəaltı vəzin başının xərçəngi;
· yayılmış damardaxili laxtalanma sindromu;
· yenidoğulmuşların hemorragik xəstəlikləri.
Azalma:
· hiperkoaqulyasiya;
· laxtalanmanın VII amilinin aktivliyinin artması;
· trombozlar.
Protrombin indeksi
Protrombinin trombiniə çevrilmə mərhələsində qanlaxtalanma pozulmasının diaqnostikası zamanı, standart protrombin vaxtının, müayinə olunan pasientin protrombin vaxtına olan nisbətinin faizlə ifadəsidir. Protrombin indeksi ilə birlikdə İNR də yoxlanılır.
Artma:
· antiaqreqantların və antikoaqulyantların qeyri- adekvat dozaları;
· bağırsaq disbakteriozu;
· birləşdirici toxumanın sistem xəstəliyi;
· hemofıliyia;
· hemorragik qızdırma;
· K hipovitaminozu;
· qaraciyərin alkohol xəstəliyi;
· parenximatoz sarılıq;
· yayılmış damardaxili laxtalanma sindromu.
Beynəlxalq normallaşma uyğunluğu İNR
Pasiyentin protrombin vaxtının, kontrol probun protrombin vaxtına olan nisbətinin beynəlxalq həssaslıq indeksinə vurulmasıdır. Sonuncu konkret reagentlə, standart tromboplastinin müqayisəsini aparmaqla laboratoriyada təyin edilir.
İNR=(pasientin tromboplastin zamanı/kontrol tromboplastin zamanı)
Artma:
- antiaqreqantların və antikoaqulyantların qeyri- adekvat dozaları;
- bağırsaq disbakteriozu;
- birləşdirici toxumanın sistem xəstəlikləri;
- hemofiliya;
- hemorragik qızdırmalar;
- K hipovitaminozu;
- qaraciyərin alkohol xəstəliyi;
- mədəalti vəzin başının xərçəngi;
- parenximatoz sarılıq;
- yayılmış damardaxili laxtalanma sindromu;
- yeni doğulmuşların hemolitik xəstəliyi.
Azalma:
- hiperkoaqulyasiya;
- laxtalanmanm VII amilinin fəallaşması;
- trombozlar.