Alpha fetoprotein
Qaraciyərin ilkin xərçəng markeridir. 50% dən çox hallarda kliniki əlamətlərin ortaya çıxmasından 1-3 ay əvvəl təyin oluna bilir və yüksək həssaslığa malikdir. Hepatosellülar xərçəngdə, herminomalarda pasiyentlərin müalicəsinin effektivliyinin, xəstəliyin gedişatının monitorinqini aparmaq üçün istifadə olunur.
Mühüm dərəcəli artmasının səbəb olduğu hallar:
- birincili hepatosellülar xərçəng;
- herminoma.
- hamilə qadınların zərdabında-dölün sinir;
- borusunun inkişaf defekti;
- hepatoma;
- qaraciyər şişlərinin metastazları (xərçəng embrional antigeni-XEA);
- öd kisəsi və öd axarlarının şişləri;
- teratokarsinoma;
- yumurtalıqların xərçəngi;
- yumurtalıqların xərçəngində (insanın β xorionik qonadotropini ilə istifadə olunur).
Anormal aşağı səviyyə müşahidə olunan hallar:
- döldə Daun sindromu olan hamilə qadınların zərdabında 10-cu həftədən sonra.