Anti İA
Anti-insulin anticisimləri bədənin öz insulininə qarşı istehsal etdiyi anticisimlərdir. 1-ci tip şəkərli diabetin (insulindən asılı) spesifik markerləri hesab edilir və 2-ci tip şəkərli diabetin (insulindən asılı olmayan) differensial diaqnostikası üçün istifadə olunur.
1-ci tip şəkərli diabet zamanı mədəaltı vəzi hüceyrələrinin autoimmun zədələnməsi nəticəsində orqanizmdə insulinin çatışmazlığına səbəb olur. 1-ci tip şəkərli diabetdən fərqli olaraq, 2-ci tip şəkərli diabet zamanı anti-insulin anticisimləri aşkarlanmır. 1-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin 50%-də insulinə qarşı anticisimlər müayinə olunur.
Anti-insulin anticisimləri uşaqlar üçün daha xarakterikdir və yetkin xəstələrdə daha az rast gəlinir. Bir qayda olaraq, 3 yaşına qədər uşaqlarda kəskin yüksək titrlə müşahidə olunur. Bu səbəblə, uşaqlarda 1-ci tip şəkərli diabet diaqnozunu qoymaq üçün ən yaxşı laboratoriya testi hesab olunur.
- Tip 1 diabet xəstəliyi olan ailələrin uşaqlarında və gənclərin də bu tipdə diabet inkişafı ehtimalının dəyərləndirilməsi;
- İnsulin müalicəsi alan diabet xəstələrində insulinə rezistentlik ehtimalının dəyərləndirilməsi kimi məqsədlərlə istifadə olunur.
İnsulin antitelləri də daxil olmaqla pankreasın adacıqlarında olan strukturlara qarşı antitel mövcudluğu, əsasən birinci dərəcəli bir qohumunda Tip 1 diabet olan şəxslərdə xəstəliyin ortaya çıxma ehtimalının yüksək olduğunu düşündürür.

