Anti-Tireoperoksidaza
Haşimoto tiroiditi, postpartum tiroidit və Graves xəstəliyi kimi autoimmun tiroiditlərlə əlaqəli araşdırmalar zamanı istifadə olunur.
Antitel titri klinikanın aktivlik dərəcəsi ilə hər zaman korelyasiya göstərmir.
Subklinik hipotiroidizm hallarında, anti-TPO antitellərinin təsbiti, zaman ərzində kliniki hipotirodizim inkişafı ehtimalının yüksək olduğunu göstərir. Anti-TPO antitellərnin olub olmaması, mütəxəssislərin çoxu tərəfindən, subklinik hipotiroidizm hallarında müalicə qərarı alıb almamasına təsir göstərən bir faktor olaraq qəbul edilir.
Hər hansı bir tiroid xəstəliyi olmayan normal sağlıqlı populyasiyada və autoimmun mənşəli olmayan tiroid xəstəliyi olanlarda ölçülə bilən konsentrasiyada anti-TPO antitellərinə rast gəlmə tezliyinin 10-12% ətrafında olduğu bildirilir. Tiorid vəzi ilə əlaqəli olmayan, pernisioz anemiya və tip 1 şəkərli diabet kimi autoimmun xəstəliyi olanlarda da orta dərəcədə artmış anti-TPO antitelləri ola bilər.
Qanda anti-TPO nə vaxt və kimlərdə yoxlanılır?
İlk növbədə:
- qalxanvari vəzin ümumi həcmi normadan böyük olan xəstələrdə;
- laborator müayinə zamanı subklinik və ya manifest hipotireoz aşkarlanan xəstələrdə;
- hamiləlik zamanı qanda TSH miqdarı 2,5 mEd/l yüksək olan qadınlarda;
- hər hansı bir məqsədlə müalicə sxeminə litium prepartları, interferon, amiodaron əlavə olunan xəstələrdə.
Sonuncu bənddə sadalanan preparatların qəbulu autoimmun tireoiditə meyilli insanlarda prosesin aktivləşməsinə və qısa zamanda manifest hipotireozun yaranmasına gətirib çıxara bilər.
Vacib qeydlər:
Yadınızda saxlayın ki, müalicənin effektivliyi anti-TPO titrin dəyişilməsi ilə müəyyənləşmir. Bu analiz yalnız orqanizmdə autoimmun prosesin testiqi ya inkarı üçün istifadə olunur. Anti-TPO titrin təkrar yoxlanılması gərəksizdir. Endokrinoloq tərəfindən aparılan müalicənin effektivliyi TSH göstəricisi ilə yoxlanılır.