Tireoqlobulin anticismi
Autoimmun tiroiditi olan şəxslərin 30-50%-də ölçülə biləcək miqdarda anti-tiroqlobulin antiteli olur. Bu xəstələrdə tiroit peroksidaza antitellərinə rastgəlmə nisbəti 50-90%, yəni çox daha yüksək səviyyədədir.
Haşimoto xəstəliyi üçün spesifikliyi yüksək bir parametr olaraq qəbul edilsə də digər tiroit xəstəliklərində də nadir olmayaraq yüksək rəqəmlərə rast gəlinə bilər. Graves xəstələrinin təxminən yarısında hər iki tipdə tiroit autoantiteli ola bilər. Tiroid xərçənglərinin 10-20%-də, daha çox anti-tiroqlobulin autoantitellərinə rast gəlinə bilər. Vitiliqo, pernisioz anemiya, tip1 şəkərli diabet, hipoparatiroidizm, qlüten enteropatiyası xəstəliyi, Addison xəstəliyi, revmatoid artrit və Şeqren sindromu tiroit autoantitellərinin rastgələbildiyi digər autoimmun xəstəliklərdir.
ANTİ-TQ və ANTİ-TPO immun sistemin limfositləri tərəfindən ifraz olunur. Bu antitellərin səviyyəsi autoimmun tireoditlərdə və diffuz toksiki uru??? olan xəstələrdə yüksəlir. Lakin, qalxanvari vəzin papilyar və follikullyar xərçənginin müalicəsində ANTİ-TQ –nin yoxlanılması daha çox əhəmiyyət kəsb edir. Ona görə də qalxanvari vəz çıxarıldıqdan sonra tireoqlobulinin səviyyəsi qanda sıfıra yaxın olmalıdır. Çünki tireqlobulin orqanizmdə yalnız qalxanvari vəz tərəfindən ifraz olunur. Əməliyyatdan sonra tireqlobulinin səviyyəsi enmirsə bu törəmənin təkrar əmələ gəlməsini göstərir. Məhz buna əsaslanaraq qalxanvari vəzi çıxarılmış pasientlərdə bu zülal vacib onkomarker sayılır.
ANTİ-TQ yüksək olan pasiyentlərdə anticisimlər tireqlobulin molekulası ilə birləşərək formasını dəyişir. Belə olan halda isə laborator analizlər onu təsdiq edə bilmir. Məhz bu səbəbdən ANTİ-TQ tireqlobulinlə birlikdə təyin olunmalıdır, əks halda nəticə düzgün olmayacaq. Qeyd etmək lazimdır ki, qalxanvari vəzi çıxarılmayan xəstələrdə tireoqlobulin yoxlanılması düzgün deyildir. Belə ki, tireoqlobulinin qanda səviyyəsi qalxanvari vəzin həcmindən, düyünlərindən aslıdır və onun yüksək olması pasientlərdə xərçəngin olmasına dəlalət etmir. Qalxanvari vəzi çıxarılmayan xəstələrdə tireoqlobulin heç bir klinik əhəmiyyət kəsb etmir.