Prostat spesifik antigen(PSA)
Prostat xərçəngi skrininqi, xərçəng dianozu qoyulmuş xəstələrdə müalicəyə verilən cavabın təqibi və müalicədən sonra müşahidədə olan xəstələrdə residivin vaxtında müəyyən edilməsi məqsədi ilə istifadə olunur. Prostat xərçəngindən başqa, başda prostatitlər olmaqla prostat toxumasının tamlığını pozan halların diaqnostikası və təqibi məqsədilə də istifadə olunur.
Xüsusilə total PSA konsentrasiyasının 4,1-9,0 nq/ml arasında olması halında, sərbəst PSA ölçümü aparılaraq total PSA konsentrasiyasına oranlanmasının, testin spesifikliyini artıra biləcəyi bildirilir.
Skrininq məqsədi ilə aparılan analizdə, nəticənin yüksək olması, prostat toxumasını zədələyən və toxumanın tamlığını pozan bir zədələnmə ola biləcəyini düşündürür. Prostat xərçənginə əlavə olaraq xoş xassəli prostat hipertrofiyası, iltihabi proseslər və perinayal travma serum PSA konsentrasiyasını yüksəldən əsas səbəblərdir. Bu ehtimallaq arasında differensial diaqnoz aparılması üçün, serum PSA nəticəsinin barmaqla aparılan prostat müayinəsi əlamətləri ilə birgə dəyərləndirilməsi lazımdır.
Prostat xərçəngi səbəbi ilə müalicə edilmədən müşahidə edilən xəstələrdə, PSA konsentrasiyasının 3 ildən daha qısa bir müddət ərzində iki qata qalxması və ya illik artım miqdarının 0,75 nq/ml-dən yüksək olması əlavə müalicə ehtiyacı olduğunu düşündürür.
Mühüm dərəcəli artmasının səbəb olduğu hallar:
• prostat vəzi xərçəngi.
Artmasının səbəb olduğu hallar:
• prostat vəzinin hiperplaziyası;
• xroniki prostatit.
1166 | 21.05.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Hormon |
Çalışma üsulu
|
CMIA |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Sinonim
|
Ümumi prostat spesifik antigeni |
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər ac qarına qan alınmalıdır |
Testin kodu
|
LAB-10-052 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |