Boy hormonu,Grow hormon (GH)
Əksər insanlar üçün boy hormonu beyindəki hipofiz tərəfindən təbii şəkildə əmələ gəlir. Adının da işarə etdiyi kimi boy hormonu bizim boy artmağımızı təmin edir. Buna baxmayaraq, o, həmçinin bədəndə bir çox digər mühüm funksiyalara da cavabdehdir:
-Güclü və sağlam sümük inkişafı;
-Metabolizmanın, xüsusilə də əzələ və yağ balansının tənzimlənməsi;
-Orqanların inkişafı və qorunması;
-Ümumi sağlamlıq və enerji.
Zəif boy artımına nə səbəb olur?
Uşağın həmyaşıdları və ya qardaş-bacıları ilə müqayisədə daha zəif boy artması ilə əlaqədar bir çox səbəblər var. Bəziləri tamamilə zərərsizdir və uşağın sağlamlığına təsir etmir. Məsələn, bəzi uşaqlar sadəcə başqaları ilə müqayisədə fərqli bir sürətlə boy atırlar və zaman keçdikcə boyda digər uşaqlara çatırlar.
Digər tərəfdən, uşağın düzgün boy artmamasının ciddi səbəbləri ola bilər. Bunlar böyrək və ya qaraciyər xəstəliklərindən düzgün qidalanmamaya qədər bir çox səbəbə görə ola bilər. Bəzən də, onların orqanizmi insanın boy artmasını təmin edən boy hormonunu kifayət qədər ifraz etmir. Boy hormonu çatışmazlığı (BHÇ) müalicəsi biosintetik hormon əvəzlənməsi terapiyasıdır. Bu bədəndə ifraz olunan təbii böyümə hormonu ilə eynilik təşkil edir. Zülal olduğuna görə düzgün təsir göstərməyi üçün bədənə inyeksiya şəklində yeridilməlidir.
Boy hormonu müalicəsi, ümumi tibbi göstəricilərinə görə böyümədə geri qalan uşaqlarda aparılır. Ondan həmçinin boy hormonu çatışmazlığı olan böyükləri müalicə etmək üçün də istifadə olunur.
Analizə göstərilşlər hansılardı?
-erkən uşaqlıqda böyümənin geriləməsi - uşaq yaşıdlarından çox qısa olduqda;
-tiroid vəzinin diaqnostikası
-floroskopiya sümük böyüməsinin gecikməsini göstərir;
-hipofiz vəzinin fəaliyyətinin azaldığına dair bir şübhə varsa.