Ümumi testosteron
Kişilərin cinsi əlmətlərinin ikincili inkişafinı, cinsi yetişkənliyini təmin edən cinsiyyət hormonudur.
Artmasının səbəb olduğu xəstəliklər:
- adrenoblastoma;
- estrogenlərin yeridilməsi;
- hamiləlik zamanı trofoblast xəstəliyi;
- hirsutizm;
- kişilərdə böyrəküstü vəzin hiperplaziyası;
- qadınlarda maskulinizasiya;
- Şteyn –Levental sindromu;
- testosteron istehsal edən şişlər;
- vaxtından əvvəl cinsi yetişkənlik;
- yumurtalıqların virilizasiya olunmuş şişləri.
Azalmasının səbəb olduğu xəstəliklər:
- androgen steroidlərin vurulması;
- Daun sindromu;
- hipoqonadizm;
- impotensiya;
- Kallmann sindromu, Klaynfelter sindromu;
- kriptorxizm;
- qaraciyər çatmamazlığı;
- testikulyar feminizasiya;
- uremiya.

