Tuberkulyoz basili təyini,turşuyadavamlı basil təyini.
Sil-Nilsen ARB testi bəlğəmdə, bronxoalveolyar yuyulmada (BAL) və ya digər bədən mayelərində turşuya davamlı basilləri (AFB) aşkar etmək üçün istifadə edilən diaqnostik testdir. Test, vərəm və AFB səbəb olduğu digər infeksiyaların diaqnostikasında istifadə olunur. Vərəm yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikobakteriyası (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basili adlandırılır) tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.
- 3 həftədən çox davam edən öskürək
- Sinə ağrısı
- Qanlı öskürək
- Hərarət
- Gecə tərləməsi
- Çəki itirmək
- Adətən üç gün, ən az 24 saat fasilə ilə ve ardıcıl günlərdə, dərin qüvvətli öksürəklə alt tənəffüs yollarından gələn səhər ilk bəlğəm nümunəsi 5-10 ml alınmalıdır, yemək artıqları olan bəlğəm nümunələri uyğun deyil.
- Tüpürcək və burun ifrazatı qaçınılmalı və xəstə bu vəziyyət haqqında məlumatlandırılmalıdır.
- Nümunədə çox qan olmamalıdır.
- analizdən 10-12 saat əvvəl yeməmək məsləhətdir;
- mümkünsə, testlərdən ən azı 24 saat əvvəl dərman qəbul etməyi dayandırın;
- dərman qəbul edərkən testlər apararkən bu faktı göndəriş blankında qeyd etməlisiniz.

