Fosfolipid anticisimlər, Anti-ß 2 GP1
Anti-Beta-2 Qlikoproteinləri hansı xəstəliklər zamanı əhəmiyyət kəsb edir?
- Hər növ arterial və ya venoz trombozlar;
- Nonbakterial trombotik endokardit kimi kardiovaskulyar xəstəliklər;
- Təkrarlanan düşüklər;
- Livido retikülaris və ya pioderma gangrenozum kimi qan dövranı pozğunluğu nəticəsində yaranan dəri xəstəlikləri;
- Sistemli qırmızı qurdeşənəyi başda olmaqla sistemli revmatizmal xəstəliklər;
- Trombositopeniya və hemolitik anemiya kimi hemolitik xəstəliklər,
AFS immun sistemi tərəfindən orqanizmin öz hüceyrələrində (plazmatik membranda) yerləşən fosfolipid molekullarına qarşı anticisim sintez etməsi nəticəsində yaranan autoimmun patologiyadır. Bu sindrom zamanı qanın damar daxilində laxtalanması sürətlənir və müxtəlif kalibrli damarlarda (arteriya və venalarda) tromblar yaranır. Normada anticisimlər infeksion mənşəli antigenlərə qarşı sintez olunur. Bu patologiya zamanı isə əsasən endotelial hüceyrələrin, trombositlərin, trofoblast hüceyrələrin membranasındakı lipid-zülal kompleksinə qarşı sintez olunur və autoanticisimlər adlanır. Nəticədə pasiyentdə trombozla əlaqədar ağciyər emboliyası, böyrək çatışmazlığı, infarkt, insult kimi ağırlaşmalar, trombositopeniya, hamilə qadınlarda isə preeklampsiya və təkrari düşük kimi fəsadlar yaranır. AFS zamanı plazmada antikardiolipin anticisimləri (IgG/IgM), lupus antikoqluyantı və anti β-2-qlikoprotein-I anticisimləri (IgG/IgM) aşkarlanır. Normada qanda bu anticisimlər ya aşkarlanmır, ya da çox cüzi miqdarda mövcud olur.
AFS hər kəsdə yarana bilər. Lakin reproduktiv yaşdakı (uşaq dünyaya gətirə bilmə yaşı) qadınlarda bu sindroma daha çox rast gəlinir. Hamiləlik, hərəkətsizlik, piylənmə, cərrahi müdaxilə, hiperxolesterolemiya (qanda xolesterin miqdarının yüksək olması), oral kontraseptivlərin qəbulu bu sindromun yaranma ehtimalını artırır.
Pasientə AFS diaqnozu qoymaq üçün ən azı 1 (bir) klinik və 1 (bir) laborator kriteriya olmalıdır. Klinik kriteriya vaskulyar trombozlar (hər hansı orqan və toxumada arterial yaxud venoz tromboz) və hamiləlik patologiyası (təkrari düşüklər, dölün naməlum səbəbdən ölümü, ciddi preeklampsiya) hesab olunur. Laborator kriteriya isə anti β-2-qlikoprotein-I anticisimləri, antikardiolipin anticisimləri və ya lupus antikoaqulyantı hesab olunur. Bu anticisimlərin ən tez 12 həftə ara ilə iki dəfə müsbət olması AFS üçün təsdiqləyici nəticə olur və aralarında anti β-2-qlikoprotein-I anticisimləri AFS üçün daha spesifik və informativdir. Çünki kardiolipin anticisimləri və lupus antikoaqulyantı infeksion xəstəliklər, qırmızı qurdeşənəyi zamanı da aşkarlana bilər.
Beta-2 qlikoprotein-1 antitellərinin tapılması, antifosfolipid sindromu ehtimalını dəstəkləyən laboratoriya kriterilərindən biri olaraq qəbul edilir.Antikardiolipin antitelləri və antifosfatidilserin antitelləri, başda sifilis olmaqla müxtəlif infeksiya xəstəliklərinin mövcudluğunda yalançı pozitiv ola bilər. Birbaşa beta-2 qlikoprotein-1 antitelləri daha çox spesifik olduğundan, tərəddüdlü halların aydınlaşdırılmasında köməkçi ola bilər.