ss-DNA antibodies, ssDNA Ab
Anti ss-DNA, lupus xəstəliyinin (qırmızı qurd eşənəyi) diaqnostikasında və izlənilməsində istifadə olunan bir testdir.
Anti ss-DNT IgG orqanizmin öz nüvə komponentinə qarşı sintez olunan anticisimdir. Bu zaman antigen tək zəncirli DNT-nin tərkibindəki nuklein turşuları olur. Qanda Anti ss-DNT-nin konsentrasiyası ən çox ocaqlı sklerodermiya (pasientlərin 50%-də) zamanı artır. Revmatoid artrit, polimiozit, dermatomiozit kimi birləşdirici toxumanın digər sistem xəstəliklərində isə bu anticisimlərin konsentrasiyası az hallarda artır.
Qırmızı qurdeşənəyi zamanı isə Anti ss-DNT-nin konsentrasiyası artsa da spesifikliyi Anti ds-DNT ilə müqayisədə daha aşağı olur. Sistem qırmızı qurdeşənəyi və dərman qurdeşənəyi xəstəliklərinin seroloji müayinəsi zamanı xəstəliyin aktiv və ya qeyri-aktiv formasından asılı olaraq qanda anti-ssDNA titrləri dəyişə bilər, belə ki, xəstəliyin kəskin residivləri zamanı 87%-ə qədər, qeyri-aktiv fazada isə - 43%-ə xəstələrdə müşahidə olunur. Histon antikorlarının aşkarlanması isə birlikdə, ss-DNA antikorlarının təyini dərman qurdeşənəyi xəstəliyinin differensial diaqnostikasında istifadə olunur. Pasiyetlərin 50%-dən çoxunda aşkar edilir. Anti-ssDNA kollagenoz və yuvenil idiopatik artrit xəstəlikləri zamanı aşkar olunur.
Anti ss-DNA testi normal dəyərlər:
60 yaş altında 30 IU / ml'dən kiçik olması mənfi, ≥ 30 IU / ml olması müsbət qəbul edilir;
60 yaş üstündə 30 IU / ml'dən kiçik olması mənfi, ≥75 IU / ml olması müsbət qəbul edilir. Altmış yaş üstü şəxslərdə testin 30 - 75 IU/ml arasında olması vəziyyətində test sərhəddə qəbul edilir.
Anti ss-DNA testinin aparılma səbəbləri:
Lupus xəstəliyinin diaqnozu üçün;
Lupus xəstəliyinin təqibində və xəstəlik kəskinləşməsində. Lupus xəstəsində testin yüksəlməsi xəstəliyin kəskinləşdiyini göstərir.