Paraneoplastik nevroloji sindrom (PNS / BLOT)
Paraneoplastik nevroloji sindromlar mərkəzi və periferik sinir sisteminin xəstəliyi olub, orqanizmdə şişlərin inkişafı ilə bağlı təzahür edir. Xəstəliyin yaranmasına səbəb şişin özü və ya metastazlar deyil, şişin inkişafı ilə əlaqədar orqan və sistemlərin qeyri- spesifik reaksiyasıdır.
Paraneoplastik nevroloji sindromlara aşağıdakılar aiddir:
Lambert - İtonun miastenik sindromu
Paraneoplastik beyincik degenerasiyası
Ensefalomielit
Limbik ensefalomielit
Anti - NMDA - reseptor ensefalit
Opsoklonus
Polimiozit
Diaqnostika: Paraneoplastik nevroloji sindromlar üçün xüsusi diaqnostik meyarlar müəyyən olunub. Paraneoplastik anticisimlər dolayı immunoflüoressensiya (İİFT) və ya BLOT xətti ilə təyin edilir, nəticələr müqayisə olunur və təsdiqlənir.
Paraneoplastik nevroloji sindromlar panelinə daxildir :
• Amfifiz
• Cv2
• PNMA2 (Ma-2/Ta)
• Ri
• Yo
• Hu
• Recoverin
• SOX1
• Anti Titin
• GAD65
• Zic4
• Tr (DNER)