APO E genotipi, Alzaymer
Apolipoproteinlər, lipoprotein sintez, sekresiya və metabolizmində rol oynayır. Bunlardan biri olan Apolipoprotein E geni insanda 19-cu xromosomda yerləşir və alleli vardır: e2, e3, e4. Bu allellərin kombinasiyalarından Apo E izoformaları yaranır: E2, E3, E4. Fərqli Apo E izoformaları, plazma lipoprotein konsentrasiyalarına təsir göstərir. Ən çox rast gəlinən genotip e3/e3-dür. Apo e4/e4 genotipində xolesterol səviyyəsinin ən yüksək olması gözlənilir. Bu fərdlərdə koronar arteriya xəstəlik riski artmaqdadır. Total serum xolesterolu 240 mg/dl və triqliserid səviyyəsi 150 mq/dl–dən yuxarı olan şəxslərdə və ya tip III hiperlipoproteinemiya tərəfindən ailə tarixi olanlarda Apo E genotipləndirilməsi məsləhət görülür. Bununla yanaşı, Apo E, Alzheimer xəstəliyi üçün də vacib bir genetik risk faktorudur. Apo e4 allelinin mövcudluğu Alzheimer xəstəliyinin inkişaf riski ilə əlaqəlidir. Apo E genotipləndirilməsinin Alzheimer xəstəliyi üçün skrininq və ya diaqnoz testi olaraq istifadə edilməsi məsləhət görülməməklə yanaşı Alzheimer xəstəliyi simptomlarını daşıyan xəstələrin differensial diaqnozunda istifadə edilə bilər.
Çalışma metodu: Reverse dot blot