PDL-1 (B7-H1/proqramlaşdırılmış hüceyrə ölüm ligand 1)
-PD-L1, programmed death-1 (PD-1) reseptoru ilə bağlanaraq T-hüceyrələrin fəaliyyətini tormozlayır.
-Bu mexanizm normalda iltihabı azaltmaq və autoimmün reaksiyaları qarşısını almaq üçün istifadə olunur.
-Lakin bəzi xərçəng hüceyrələri PD-L1 ifadəsini artıraraq immun sistemin hüceyrələri tərəfindən aşkarlanmaqdan qaçır və böyüməyə davam edir.
PD-L1 Testinin Məqsədi
-Xəstənin immunoterapiyaya uyğunluğunu müəyyənləşdirmək:
PD-L1 ifadəsi yüksək olan xəstələr, adətən, PD-1/PD-L1 inhibitorlarına (məsələn, pembrolizumab, nivolumab) daha yaxşı cavab verir.
-Müalicə Planı:
PD-L1 səviyyəsinə əsasən immunoterapiyanın daxil edilib-edilməyəcəyinə qərar verilir.
-Proqnozun Təhlili:
Yüksək PD-L1 ifadəsi bəzi hallarda daha aqressiv şişlərə işarə edə bilər, lakin immunoterapiya ilə müalicəyə yaxşı cavab verə biləcəyini də göstərə bilər. PD-L1 Testinin İstifadə Edildiyi Xəstəliklər
-Ağciyər xərçəngi:
-Xüsusilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi (NSCLC).
-Qaraciyər xərçəngi.
-Mədə-bağırsaq şişləri.
-Baş və boyun şişləri.
-Hodgkin olmayan limfoma.
-Melanoma.