Seliakiya PANELİ (Çölyak/genetik)
MHC II sinif reseptorları hüceyrənin səthində yerləşərək T-helper hüceyrələri ilə immun cavabın təyinində vacib funksiya daşıyır. Onlar HLA-DR, -DQ ve –DP genləri tərəfindən kodlanır. Hər MHC molekulu α ve β zəncirlərindən əmələ gələn bir heterodimerdir. α zəncir HLA-DQA1, β zəncir isə HLA-DQB1 genləri tərəfindən kodlanır. HLA-DQA1 ve HLA-DQB1 genlərinin insan populyasında çox fərqli allelləri vardır, buna görə də bu genler polimorfikdirlər. Qastrointestinal şikayətləri olan şəxslərin DQ2 ve DQ8 allellərinə sahib olması Seliakiya xəstəliyinə olan şübhəni artırır. Xüsusilə yüksək risk daşıyan ailələrdə HLA tipləməsi ilə diaqnozun qoyulması daha effektivdir. HLA-DQ statusundan asılı olaraq Seliakiya xəstəliyinə olan risk dəyişə bilər.