Sistinozis gen analizi
Sistinozis gen testinin məqsədi və əhəmiyyəti: xəstəliyin diaqnozunun qoyulması və müalicənin planlanması məqsədilə istifadə edilir. Bu genetik test vasitəsilə xəstədə hansı mutasiyaların olduğu, xəstəliyin hansı növünün baş verdiyi və ailənin digər üzvlərində daşıyıcılığın olub-olmaması müəyyənləşdirilir.
Sistinozisin növləri:
-Nefropatik sistinozis: Böyrəklərdə sistin toplanması nəticəsində böyrək çatışmazlığının baş verməsi
-Non-nefropatik sistinozis: Bu prosesin digər orqanlarda, xüsusilə də gözlərdə getməsi
-Klassik sistinozis: Həm böyrəklərdə, həm də digər orqanlarda xəsarətin baş verməsi
Sistinozis gen testi ilə CTNS genində mutasiyanın olub-olmamağı aşkar edilir. CTNS geni sistinin hüceyrələrdən kənarlaşmasını təmin edən daşıyıcı proteini kodlayır. Bu proteinin əksikliyi hüceyrələrdə sistinin toplanmasına səbəb olur.