Sperma DNT xəsarəti
Sperm DNT xəsarətinin səbəbləri:
-Oksidativ stres: hüceyrədəki sərbəst radikalların (reaktiv oksigen növlərinin) DNT-yə zərər verməsilə baş verir. Bu sərbəst radikallar ətraf mühit amilləri (kirli hava, siqaret, spirtli içki, həddindən çox idman hərəkətləri) nəticəsində arta bilir. Oksidativ stres DNT-nin qırılmasına, pozulmasına və mutasiyalara gətirib çıxarır.
-Yüksək temperatur: testislər bədən temperaturundan daha aşağı istilikdə çalışmalıdır. Əks halda, testislərin yüksək temperatura çox məruz qalması (isti vannalar, uzun müddətli oturma, dizüstü kompüterdən istifadə) sperm DNT-nin xəsarətinə səbəb olur.
-Kimyəvi toksinlər: ətraf mühit toksinləri, pestislər, ağır metallar (qurğuşun, kadmium) və bəzi dərman preparatları spert DNT-nə zərər verərək genetik materialın düzgün çalışmasını əngəlləyir.
-Genetik faktorlar və yaş: kişilərin yaşı irəlilədikcə sperm DNT xəsarəti ehtimalı artır. Eyni zamanda, bəzi kişilər genetik olaraq sperm DNT xəsarətinə meyilli ola bilir.
-İnfeksiyalar: cinsi yolla keçən xəstəliklər (xlamidiya, qonoreya) və ya genital infeksiyalar sperm DNT-ə zərər verə bilir. Eyni zamanda, bəzi viral infeksiyalar da sperm DNT xəsarətinə səbəb olur.
-Spirtli içki, siqaret və narkotik istifadəsi: bu maddələrin istifadəsi bədəndəki sərbəst radikalların miqdarını artırmaqla sperm DNT-ni zədələyir.
Sperm DNT xəsarətinin klinik nəticələri:
-Sonsuzluq
-Hamiləliyin sonlanması
-Genetik xəstəliklər
-Zəif embrion inkişafı