Y xromosomunun uzun qolunda, geniş bir terminal delesiya bölgəsinin spermatogenez prosesində mühüm rol oynadığı sübut olunmuşdur. Müəyyən olunan bu bölgə 'Azospermiya Faktor' (AZF) bölgəsidir. Bu bölgə spermatogenez üçün lazım olan genləri daşıyır. Normal fenotipik görünüşə sahib olduğuna baxmayaraq idiopatik sonsuzluqlu kişilərin 10-20 %-də Y xromosomunun uzun qolunda tapılan və fertillik üçün lazımlı olan AZF bölgələrindən bəziləri tapılmır. Sitogenetik olaraq diaqnoz olunmayan bu bölgə AZFa, AZFb, AZFc və AZFd olaraq adlandırılır. AZF bölgəsi, Y xromosomunun uzun qolunun 11.23 bölgəsində tapılır. Sitogenetik
və molekulyar araşdırmalar, Y xromosomundakı delesiyaların anormal spermatogenez ilə əlaqəli olduğunu müəyyən etmişdirlər. AZFa mikrodelesiyası Sertoli cell sindromu kimi azoospermiya pozğunluqlarına səbəb olur. AZFb mikrodelesiyalı kişilərdə proses əsasən spermatogenetik tutulmaya səbəb olduğu halda, AZFc mikrodelesiyalı kişilərdə isə bu kəskin oliqozoospermiyadan nonobstruktiv azoospermiyaya qədər dəyişə bilər. Bununla birlikdə 1 STR marker vasitəsilə Klinefelter sindromuna da baxılır. Bu test laboratoriyamizda Polimeraza Zəncirvari Reaksiyası ilə DNT fraqmanent analizi üsulu ilə işlənilir.