Helicobacter pylori PCR
Helicobacter pylori müxtәlif invaziv vә qeyri‑invaziv üsullarla tәyin edilә bilәr.
Hәr bir üsulun öz aspektlәri var ki,bu da testlәrin gedişatından asılı olaraq vaxtında istifadә edilmәsilә bağlıdır. İnsan orqanizminə əsasən fekal-oral yolla daxil olan Helicobacter pylori mədənin epitelini zəbt edir, kolonizasiya edir və ammonyak səviyyəsinin yerli artmasına səbəb olan maddələri aktiv şəkildə sintez etməyə başlayır. Ammonyak mədə şirəsinin bir hissəsi olan xlorid turşusunu neytrallaşdırmaqla Helicobacter Pylori-nin həyatı üçün əlverişli mühit yaradır.
Helicobacter pylori-nin (Helicobacter pylori) PCR testi-biomaterial nümunəsində mikroorqanizmin genetik materialı (DNT) real vaxt rejimində polimeraza zəncirvari reaksiya (RT-PCR) üsulu ilə müəyyən edilir.
Analiz nə üçün istifadə olunur?
- Heloicobacter pylori səbəb olduğu xəstəliklərin diaqnostikası üçün:
- atrofik və ya antral qastrit;
- mədə və onikibarmaq bağırsağın xoraları.
Analiz nə vaxt təyin olunur?
- Uşaqlarda və yaşlılarda qastrit və ya mədə xorasından şübhələnirsinizsə;
- Hər yaşda olan xəstələrdə invaziv H.pylori identifikasiya üsullarından istifadə etmək mümkün olmadıqda.
Tetrasiklin, penisilin (aminopenisilinlər), makrolidlər (klaritromisin, azitromisin) və metronidazol ilə müalicə yanlış mənfi nəticəyə səbəb ola bilər.