Cinsi yolla keçən xəstəliklər iki şəxs arasında cinsi təmas ilə ötürülən infeksiyalardır.
30‑dan çox müxtəlif bakteriya, virus və parazitin cinsi yolla ötürüldüyü məlumdur. Bu amillərdən 7‑si ən yüksək nisbətdə görülür.
Yoluxma yolları:
• Qorunmasız cinsi əlaqə zamanı;
• Qeyri‑steril tibbi alətlərdən;
• Xəstənin qanı ilə kontaktda olduqda;
• Tək‑tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.
Anadan körpəyə keçə bilər:
• Hamiləlik və doğuş zamanı anadan uşağa keçə bilər. Hamiləlikdə: HV, Hepatit B (HBV),
• Hepatit C virusu (HCV) və T. pallidium (sifilis),
• Doğuş zamanı: N. gonorrhea, C. trachomatis, İnsan papilloma virusu (HPV),
• Herpes virus (HSV),
• Doğuşdan sonra (ana südü ilə): HIV (İnsanın immun çatışmazlığı virusu).
Kişilərdə CYKİ simptomları:
• Heç bir əlamət göstərməyədə bilər;
• Penis, testis və ya qasıqda səpgi, ləkə və ya yara;
• Axıntı (şəffaf, ağ və ya sarı);
• Ağrılı sidik ifrazı;
• Penis ucunda qaşınma;
• Testislərdə ağrı, şişlik;
• Rektal ağrı və ya qanaxma;
• Boğaz ağrısı;
• Qızdırma;
• Xroniki qripə bənzər simptomlar;
• Oynaqlarda şişlik (dirsək, diz və s.)
Qadınlarda CYKİ simptomları:
• Heç bir əlamət göstərməyədə bilər;
• Vaginal axıntı;
• Genital sahədə səpgi, ləkə və ya yara;
• Sidik ifrazı zamanı ağrı, yanma;
• Cinsi əlaqə zamanı ağrı;
• Menstrual tsikldə dəyişikliklər;
• Vaginada ağrısız xoralar;
• Pelvik ağrı;
• Bel ağrısı;
• Qızdırma;
• Ürəkbulanma;
• Boğaz ağrısı;
• Oynaqlarda şişlik (diz, dirsək və s.);
• Rektal ağrı, qanaxma və ya axıntı.
Cinsi yolla keçən xəstəliklərdə çox vaxt simptomlar müşahidə olunmur və şübhəli təmasdan sonra simptomları gözləmədən düzgün seçilmiş testlə vaxtında təyin edilməlidir. Cinsi yolla keçən xəstəliklər müalicə olunmasa düşüklərə və ya ölü doğumlara, sonsuzluğa, uşaqlıq boynu xərçənginə və autoimmun xəstəliklərə səbəb ola bilər.
Qeyd: Gizli gedişata malik olduğu üçün ildə bir dəfə müayinədən keçmək məsləhətdir.
UROGENİTAL İNFEKSİYALAR 7‑Lİ PANEL:
Chlamydia trachomatis (CT) (Ce0086),
Ureaplasma urealyticum (UU),
Ureaplasma parvum (UP),
Mycoplasma genitalium (MG),
Mycoplasma hominis (MH),
Trichomonas vaginalis (TV),
Neisseria gonorrhoeae (NG).
Real ‑ Time PZR üsulu ilə urogenital infeksiyalara səbəb olan 7 bakterial infeksiyanın bir testlə təyini.
Eyni zamanda birdən çox bakterial infeksiyanı aşkar etmə qabiliyyətinə malik olduğu üçün, cavablar qısa müddət ərzində hazır olur.
Qeyd: “Urogenital infeksiyalar 7‑li infeksiyalar”‑ın cavabı neqativ olduqda, lakin simptomlar davam etdiyi halda “Bakterial vaginoz paneli” məsləhət görülür.
Qeyd: Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.
2266 | 02.09.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Molekulyar Mikrobiologiya |
Çalışma üsulu
|
Real-Time PCR |
Daşınma şəraiti
|
2-8°C |
Nəticə vermə vaxtı
|
24 iş saatı ərzində |
Nümunə miqdarı
|
5ml |
Nümunə növü
|
Urogenital yaxma -Smear maye -Sidik |
Sinonim
|
urogenital infeksiya |
Testə hazırlıq/xüsusi şərtlər
|
3 GÜN CİNSİ PƏHRİZ |
Tüb (qab)
|
ŞƏFFAF EPENDORF |