Bruselyoz xəstəliyinin diaqnostikasında istifadə olunur.
Xəstə heyvanlardan alınan süd və ət məmulatları epidemioloji təhlükə törədir. Heyavnlar ifrazat məhsulları ilə torpağı, suyu, yemi çirkləndirirlər ki, bunlar da insan üçün yoluxma ocağı ola bilər.
Bruselloz dayaq-hərəkət, sinir və sidik-cinsi sistemi zədələyir. Kliniki mənzərədən asılı olaraq kəskin, yarı-kəskin, xroniki və rezidual formaları ayırd edilir. Keçirilən infeksiyadan sonra 6-9 ay ərzində immunitet qalır. Yenidən brusellaya yoluxma 2-7% hallarda müşahidə olunur.
Hamilələrdə bruselloz zamanı bətndaxili infeksiyanın dölə ötürülməsi mümkündür. Həmçinin postnatal olaraq laktasiya ilə də körpəyə ötürülə bilər. Test Brucelyoz xəstəliyinin kliniki dəyərləndirilməsində istifadə olunur.
Rose-Benqal testi brusellyoza qarşı anticisimlərin mövcudluğunu müəyyən edir, lakin anticisimlərin sinfini təyin etmir və brusellyozun skrininqində istifadə olunur. Testin nəticəsi müsbət olarsa, əlavə tədqiqatlar tələb olunur.
Analiz nə üçün istifadə olunur?
Brusellyoza qarşı anticisimlərin skrininqi üçün