Legionelyoz
Legionella pneumophila 1 antigen
Legionella pneumophila antigen testi, Legionella bakteriyalarının səbəb olduğu infeksiyaların diaqnozunda istifadə edilən bir laborator testdir. Bu test əsasən sidik nümunəsində Legionella pneumophila bakteriyasının antigenlərini (xüsusilə seroqrup 1) aşkar edir. Bu seroqrup, Legionella səbəbli pnevmoniyaların ən yaygın səbəbidir.
Xəstəliyin İki əsas forması olur:
- Pontiak Qızdırması: Xəstəliyin yüngül formasıdır və qripə bənzər simptomlarla keçir. Qızdırma, baş ağrısı, əzələ və oynaq ağrısı, ürəkbulanma və quru öskürək ilə xarakterizə olunur. Bu formada pnevmoniya inkişaf etmir.
- Legioner Xəstəliyi: Daha ağır keçən formasıdır. Xəstəlik subfebril qızdırma, baş ağrısı, oynaq və əzələ ağrısı, iştah itkisi ilə başlayır. Daha sonra temperatur 39-41°C-yə qədər yüksəlir, əvvəlcə quru olan, sonradan bəlğəmli öskürək, nəfəs almaqda çətinlik və sinə ağrısı meydana çıxır.
Qastrointestinal Sistemin Zədələnmə Simptomları: Qusma, ishal, ürəkbulanma və qarın ağrısını əhatə edə bilər. Legioner xəstəliyi müalicə olunmadıqda ölümə səbəb ola bilər.
Legionella pneumophila antigeninin sidikdə müəyyən edilməsi legionellyoz infeksiyasının əsas diaqnostik metodudur. Antigen, xəstəliyin 3-cü günündən sidikdə təyin olunmağa başlayır və bir ilə qədər aşkar edilə bilər (bu halda keçmiş infeksiya haqqında məlumat verir).
Risk faktorları: Yaşlılar, siqaret çəkənlər, immun sistemi zəif olanlar və xroniki ağciyər xəstəlikləri olan şəxslər daha çox risk altındadır.