Varicella Zoster Virusu, IgM
Varicella-zoster virusu (VZV) İmmunoglobulin M (IgM) test su çiçəyi (varicella) infeksiyasının yeni və ya aktiv fazasını müəyyən etmək üçün istifadə olunur.
Suçiçəyi virusu adətən uşaqlıq dövründə baş verir (bu səbəbdən suçiçəyi ənənəvi olaraq uşaqlıq xəstəliyi hesab olunur). Lakin böyüklərdə xəstəlik uşaqlara nisbətən daha ağır keçir.İnfeksiya xəstə insanla təmasda olur: virus hava-damcı yolu ilə ötürülür. İnkubasiya dövrü təxminən 2 həftədir (10-21 gün). Xəstəliyin ilk əlamətləri: hərarət və ümumi halsızlıq. 1-2 gündən sonra səpgilər görünür. Tezliklə suluqlu səpgilər quruyur, qabıqlı olur və 2 həftədən sonra yox olur, əksər hallarda heç bir iz qoymur.
Suçiçəyinin ilk günlərində xəstə ümumi halsızlıq və qızdırma ilə qarşılaşır. Şiddətli qaşınma gövdədə və ya daha az hallarda üzdə olur. 1-3 gündən sonra bu yerlərdə, bədəndə səpgilər görünür.
Analiz nə vaxt təyin olunur?
1. Suçiçəyinin tipik əlamətləri olduqda:
- bütün bədəndə səpgilər, eyni zamanda müxtəlif ölçülü ləkələr və sızanaqlar ,
- orta dərəcədə qaşınma,
- qızdırma, baş ağrısı, zəiflik.
2. Herpes zosterin tipik simptomları olduqda:
- səpgilərin göründüyü nahiyələrdə yanan lokal ağrılar,
- bədənin bir tərəfində səpgi,
- temperatur, ümumi intoksikasiya.
3. Herpes zosterin atipik simptomları olduqda:
- xəstəliyin digər əlamətlərinin mövcudluğunda səpgilərin olmaması,
- müxtəlif nevroloji pozğunluqlar (üz sinirinin iflici, başgicəllənmə, karlıq, serebellar ataksiya və s.).
