Sandimmun(Neoral)
Siklosporin C-0
Sandimmun(Neoral)
Siklosporin – immunosupressant təsirə malik olan bir dərman preparatıdır. Bu preparat hüceyrə əlaqəli immunitet funksiyasını zəiflədir və transplantasiya olunmuş orqan və ya toxumanın rədd edilməsinin qarşısını alır.
Siklosporin – güclü bir immunosupressantdır və orqan və toxumaların transplantatlarının rədd edilməsinin qarşısını almaq üçün istifadə olunur. Bu dərman T-limfositlərə seçici şəkildə təsir edir və immun sistemin hüceyrə əlaqəli hissəsini zəiflədir. Transplantologiya ilə yanaşı, siklosporin autoimmun xəstəliklərin müalicəsində də tətbiq olunur: endogen uveit, revmatoid artrit, ağır psoriaz və atopik dermatit, qlomerulonefrit, xroniki, terapiyaya qarşı davamlı olan qaşınma. Sitostatiklərdən fərqli olaraq, siklosporin qan yaratma və faqositoz proseslərini zəiflətmir.
Terapevtik aralığın dar olması, doza artıqlığı zamanı əhəmiyyətli toksiki təsirlərinin olması və biomənimsənilməsinin şəxsdən şəxsə fərqli olmasına görə qanda hədəflənən konsentrasiyada olub-olmamasının təyini böyük əhəmiyyət daşıyır. Toksiki təsiri ən çox böyrəklər üzərində görünür. Bundan başqa hipertoniya, tremor, qıcolma, ağciyər ödemi, diş əti hiperplaziyası, hepatotoksikliyə də səbəb ola bilər. Siklosporin sidiklə maqneziumun ifrazını artırdığına görə nevroloji yan təsirləri bununla izah olunur.
Analiz üçün material dərman dozasının planlı tətbiqindən əvvəl birbaşa götürülür. Analiz üçün tam qan alınır, çünki preparatın 80%-ə qədər hissəsi eritrositlərə daxil olur. Digər vaxtda götürülmüş qan daha yüksək göstəricilərə malik ola bilər. Ayrıca, dərmanın tətbiqindən 2 saat sonra siklosporinin qan səviyyəsi (C2-monitorinqi) də təhlil oluna bilər, amma bu halda terapevtik konsentrasiyanın göstəriciləri ilə yönəlmək mümkün deyil.
Qanda dərmann səviyyəsi qəbuldan 2-3 saat sonra maksimuma çatır. Yarımparçalanma dövri 6-8 saatdır.
Dərman qəbulundan əvvəl nümunə götürülərsə - siklosporin C0 adlanır, dərmanı içdikdən 2 saat sonra – siklosporin C-2 testi aparılır.
Analiz nə üçün istifadə olunur?
- Siklosporinin qan konsentrasiyasının monitorinqi, xüsusən də CYP3A4 fermentinin induktorları və ya inhibitorları olan dərmanlarla birlikdə təyin edildikdə;
- Minimal toksikliklə immunosupressiya üçün optimal dozun seçilməsi və düzəldilməsi;
- Toksik səviyyənin aşkar edilməsi;
- Dərman qarşılıqlı təsirinin qiymətləndirilməsi;
- Preparatın müntəzəm qəbulunun monitorinqi.
Analiz nə zaman təyin olunur?
- Siklosporin təyin edildikdən dərhal sonra həftədə 2-3 dəfə, daha sonra stabil və ya dəstəkləyici dozaya çatdıqdan sonra müntəzəm olaraq (1-2 ayda bir);
- Dərman dozalarının pozulmasından şübhələnildikdə;
- Dozanın düzəldilməsi və ya eyni anda qəbul edilən digər dərmanların təyin edilməsi dəyişildikdə;
- Yan təsirlər meydana gəldikdə.
Nəticəyə təsir edə biləcək amillər:
Siklosporinin konsentrasiyasını azaldan dərmanlar:
- Barbituratlar
- Karbamazepin
- Fenitoin
- Nafsilin, sulfdimidin (verildikdə)
- Rifampisin
- Oktreotid
- Probukol
- Orlistat
- Şeytanqözü (St. John’s Wort) olan preparatlar
- Troglitazon
Siklosporinin konsentrasiyasını artıran dərmanlar:
- Bəzi makrolid antibiotiklər (əsasən eritromisin və klaritromisin)
- Ketokonazol, flukonazol, itrakonazol
- Diltiazem, nikardipin, verapamil
- Metoklopramid
- Oral kontraseptivlər
- Danazol
- Metilprednizolon (yüksək dozalarda)
- Allopurinol
- Amiodaron
- Fol turşusu və onun törəmələri