İstifadə zamanı tövsiyələr:
• İstifadəsi zamanı məhsulun həcmi qədər su içilməlidir
(məs. 150 ml fizioloji məhlulda Glutathione istifadə
olunursa, 0,15 litr su içilməlidir).
• Axın müddəti: 10-15 dəq aralığında olmalıdır.
Əsas göstərişlər:
• Qlütation sərbəst radikalları neytrallaşdırmaq, detoksikasiya,
sisteinin daşınması və depolanması, hüceyrə redoksu, askorbin
turşusu və E vitamini regenerasiyası və koenzim olaraq mühüm
bioloji xüsusiyyətlərə malikdir.
• Həmçinin, dəmir səviyyəsinin artması və sabitlənməsi dəmir
kofaktorlarının sintezi daxil olmaqla, Fe metabolizmində iştirak
edir. Qan-beyin baryerinin tamlığının qorunmasına kömək edir.
Qlütation T-limfosit proliferasiyası, polimorfnüvəli neytrofillərin
fagositar aktivliyini, dendrik hüceyrə funksiyalarını dəstəkləməklə
həm təbii, həm də adaptiv immun sisteminə yardım edir. Yaşlı
pasiyentlər üzərində aparılan araşdırma artan qlutation səviyyəsinin
daha az xəstəlik, aşağı xolesterin, bədən kütlə indeksi, qan təzyiqi
ilə əlaqəli olduğunu göstərir.
• Koronar damar xəstələrində aparılan klinik çalışmada qlütation
terapiyasının, oksidativ stresdən qorunmada N-asetilsisteindən
daha effektli olduğu göstərilmişdir.
1052 | 15.10.2024