İstifadə zamanı tövsiyələr:
• İstifadəsi zamanı məhsulun həcmi qədər su içilməlidir
(məs. 500 ml fizioloji məhlulda Beauty Coctail istifadə olunursa,
0,5 litr su içilməlidir).
• Axın müddəti: 40-45 dəq aralığında olmalıdır.
Əsas göstərişlər:
• Fol turşusu və vitamin B12 çatışmazlığının qarşısını almaq üçün, ağırlaşmaların
müalicəsində, profilaktikasında istifadə olunur.
• Fol turşusu və vitamin B12 defisiti ilə əlaqəli pernisioz anemiyanın hemotoliji
göstəricilərini düzəldərək, nevroloji ağırlaşmaların qarşısını alır, bu səbəbdən
yüksək doza metilkobalamin ilə kombinlənməlidir.
• Lazımi fol turşusunun qəbulu hamiləlikdən başlanarsa və hamiləlik boyunca
davam etdirilərsə, anadangəlmə nevroloji boru defekti riski azalmış olur.
Fol turşusu qəbulunun hamilə qalmadan əvvəl başlayan qadınlarda erkən
doğuş və düşük riskinin daha aşağı olması göstərilmişdir.
• Fol turşusunun əsas rolu B12 vitaminini kofaktor kimi istifadə edərək homosistein
metionin sintezidir.
• 5-metiltetrahidrofolat-homosistein metiltransferaza yolu ilə homosistein
səviyyəsini normallaşdırır.
• Azalmış fol turşusu qəbulu hiperhomosisteinemiya ilə bağlıdır. Fol turşusu plazma
proteinləri ilə birləşir və bütün bədənə yayılır. Ana südündə rast gəlinir. Yüksək
dozaları plazmada dəyişilməmiş aşkarlanır.
• Metilkobalamin biotransformasiya olmadan qan-beyin baryerini
keçə bilən B12 vitaminin aktiv formasıdır.
• B12 vitamini qanyaranma, sinir metabolizmi, böyümə,
hüceyrənin çoxalması, DNT və RNT sintezi, mielin sintezi,
karbohidrat, yağ və zülal metabolizmi üçün vacibdir.
Metabolik tskildəki dəmir funksiyalarını yaxşılaşdırır və
xolinin tərkibindəki fol turşusu sintezinə kömək edir.
Sürətli bölünən hüceyrələrin (epitel, sümük iliyi, mieloid
hüceyrələr) metilkobalaminə ehtiyacı vardır.
1064 | 15.10.2024