İxtisas
Terapevt
Fəaliyyət istiqaməti
- Qida borusu və mədə-bağırsaq sistemi xəstəliklərinin müayinə və müalicəsi
- QERX (Qastroezofageal reflüks xəstəliyi)
- Barrett sindromu – Qida borusu selikli qişasında reflüksə bağlı dəyişikliklər
- Kəskin və xroniki qastrit – Helikobakter Pilori infeksiyası ilə əlaqəli və ya digər səbəblərə bağlı mədə iltihabı
- Mədə və 12 barmaq bağırsaq xorası
- Funksional dispepsiya
- Divertikulyar xəstəlik (divertikulit)
- Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi – İltihabi bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi
- Bağırsaq disbakteriozu – Mikrobiom tarazlığının pozulması, şişkinlik və diskomfort
- Psevdomembranoz kolit – Antibiotik istifadəsindən sonra yaranan ciddi bağırsaq infeksiyası
- Qıcıqlanmış bağırsaq sindromu (qəbizlik, diareya ilə) – Stress, qidalanma və digər səbəblərlə əlaqəli bağırsaq hərəkətləri pozuntusu
- Virus hepatitləri (A, B, C, D) – Yoluxma yollarına və forma görə fərqli yanaşma tələb edən infeksiyalar
- Qeyri-alkoqollu steatohepatit (qaraciyər piylənməsi) – Metabolik sindrom və artıq çəki fonunda yaranan qaraciyər pozuntusu
- Alkoqollu qaraciyər xəstəliyi – Uzunmüddətli spirtli içki istifadəsinin təsiri ilə yaranan dəyişikliklər
- Autoimmun hepatit
- Birincili biliar sirroz
- Qaraciyər sirrozu – Qaraciyərin funksional toxumasının çapıq toxuması ilə əvəz olunması, qaraciyər çatışmazlığı riski
- Lyambliyoz, askaridoz, enterobioz, toksokaroz və s. – Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən helmint və protozoon infeksiyalar
- COVID-19 sonrası və digər virus xəstəliklərindən sonra reabilitasiya – Ağciyər, ürək və sinir sistemində yaranmış qalıq təsirlərin dəyərləndirilməsi və bərpası
- Hipertoniya, taxikardiya, aritmiya və digər dövran pozğunluqları
- Bronxit, astma, pnevmoniya və digər ağciyər xəstəlikləri
- Sidik yollarının infeksiyaları, sistit, pielonefrit və s. müayinə və müalicəsi
Konfranslar
- 2018-ci ildə İstanbul şəhərində- Okmeydani Egitim ve Arastirma xəstəxanasında -Qastroenterologiya/Terapiya şöbəsində həkim-praktikant kimi fəaliyyət göstərmişdir.
- 2018-ci ildə İstanbul şəhərinin “Asya” özəl xəstəxanasında -Qastreoenterologiya-Endoskopiya ve Terapiya şöbəsində həkim-praktikant kimi fəaliyyət göstərmişdir.
- 2019-ci ildə Ukraynanın Kiev şəhərinin -P. L. Supik adına Milli Tibb Lisansüstü Təhsil Akademiyasında (P.L.Shupik adına NMAPO)-Endoskopiya üzrə təkmilləşdirmə kursu bitirmişdir.
- 2021-ci il- Hərbi Tibb Lisansüstü Təhsil Akademiyasında -Qastroentereloqiya üzrə İxtisasi artirmaq,kurs,Ukrayna-Kiev şəhəri
- 2021 ci ildə İngiltərədə “Royal College of Physicians” (Королевская коллегия врачей) adına ali təhsil müəssəsində - “Qastroparez və funksional dispepsiya:patogenez və müalicənin özəllikleri” kursu
- 2021 ci ildə - Ukraynanın Kiev şəhərində-Hərbi Tibb Lisansüstü Təhsil Akademiyasında -Qastroentereloqiya üzrə İxtisasi artirmaq kursu.
Təhsil
- 2015-ci il Bukovin Dövlət Tibb Universiteti,Ukrayna-Chernovci şəhəri
- 2015-2017- ci il Ukrayna-Kiev şəhərinin - P.L.Supik adına Milli Tibb Lisansüstü Təhsil Akademiyasında (P.L.Shupik adına NMAPO) Terapiya ixtisası üzrə internatura