Uşaqlıq boynunun, yəni serviksin müayinəsində istifadə edilən (qeyri-invaziv) üsul olan "kolposkopiya" 1900-cü illərin əvvəllərindən etibarən tətbiq olunmağa başlamışdır. Kolposkopiya nədir? Kolposkopiya proseduru nə qədər davam edir? Kolposkopiya nəticəsinə əsasən biopsiya edildikdə cavab dərhal çıxa bilərmi? Nəyə görə kolposkopiya edilir? Kolposkopiya ağrılı prosedurdurmu? Kolposkopiya zamanı anesteziyaya ehtiyyac varmı? Kolposkopiya üçün göstəricilər hansılardır? Hamiləlik zamanı kolposkopiya edilə bilərmi? kimi ən çox maraqlanılan sualların cavabını məqaləmizdə tapa biləcəksiniz.
KOLPOSKOPİYA NƏDİR?
Kolposkopiya həkimlərə uşaqlıq boynunu müayinə etməyə imkan verən qeyri-invaziv bir üsuldur. Uşaqlıq boynunu 6-40 dəfə daha böyük göstərəbilən kolposkop adlı işıqlı alət ilə serviksi daha aydın şəkildə görmək və daha dəqiq qiymətləndirmək mümkündür.
Kliniki prosedur olan kolposkopiya metodunda istifadə edilən kolposkop işıqlı lupadan ibarət olan və durbinə bənzəyən bir alətdir. Adi qaydada edilən ginekoloji müayinənin kolposkopiya metodu ilə böyüdərək edilməsi başda uşaqlıq boynu xərçənginin aşkar edilməsi və eyni zamanda vaginanın da dəqiq müayinəsinə imkan verir.
Kolposkopiya müayinəsi zamanı şübhəli bir şey nəzərə çarpdığı zaman kolposkopik biopsiya edilərək şübhəli bölgənin incələnməsi mümkündür.
KOLPOSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?
Kolposkopiya uşaqlıq boynu xərçəngini (serviks xərçəngi) erkən mərhələdə, xüsusilə klinik əlamətlər olmadan aşkar etməyə kömək edir. Kolposkopiya sitologiya nəticələrində və smear testində normadan kənar göstəriciləri olan, HPV testində HPV 16 və ya 18 göstəriciləri müsbət çıxan xəstələrdə isitfadə olunur. Uşaqlıq boynu xərçəngi yavaş irəliləyən xərçəng olduğu üçün ginekoloji müayinələr zamanı baş verən dəyişikliklər kolposkopiya ilə daha dəqiq dəyərləndirilə bilir.
Uşaqlıq boynu xərçənginin erkən diaqnozunda həyati rolu olan kolposkopiyanın istifadəsi sadəcə bununla məhdudlaşmır. "Kolposkopiya nə üçün edilir?" sualın əsas cavabı uşaqlıq boynu xərçənginin erkən diaqnozudur. Bununla yanaşı bir çox qadın xəstəliyin təqibində və diaqnozunda da istifadə edilə bilər.
"Nəyə görə kolposkopiya edilir?", "Kolposkopiya üçün göstəricilər hansılardır?" və ya "Kolposkopiya nə zaman edilməlidir?" suallarına cavabları aşağıdakı kimi sıralaya bilərik:
- Uşaqlıq boynu xərçənginin diaqnozunda,
- Vulvada olan şübhəli lezyonların dəyərləndirilməsi zamanı,
- Qadınların cinsiyyət orqanının xarici hissəsi olan vulvada görünən xərçəng öncəsi dəyişikliklərin diaqnozu zamanı,
- Vulvada uzun müddət davam edən qaşınmaların səbəbinin araşdırılması zamanı,
- Servikal toxumada xərçəng öncəsi yəni hələ xərçəng olmamış amma xərçəngin inkişaf edəbiləcəyi dəyişikliklərin diaqnozu zamanı
Kolposkopiya, vajinal toxumadakı prekanseröz, yəni xərçəng hələ meydana gəlməmiş, lakin xərçəng inkişaf etdirə bilən dəyişiklikləri təyin etmək üçün edilə bilər.
Bunlara əlavə olaraq kolposkopiya aşağıdakı hallarda da edilə bilər:
- hamiləlik dövründə
- Sonsuzluğun səbəbinin aşkar edilməsi zamanı
- Uşaqlıq boynunda ediləcək hər hansı bir əməliyyatdan əvvəl
KOLPOSKOPİYA İLƏ BAĞLI TEZ-TEZ VERİLƏN SUALLAR
- Kolposkopiyaya hazırlanma prosesi nəcədir? Kolposkopiya müayinəsi etdirmək qadınlarda qorxu hissi yarada bilər. Kolposkopiya proseduru əslində ağrısız və demək olar ki, risksiz bir prosedur olsa da, qorxular xəstədə narahatlığa səbəb ola bilər. Kolposkopiyanın yaratdığı narahatlığı azaltmaq üçün prosedurla bağlı bütün detalları öyrənmək vacibdir.
- Dəqiq nəticə əldə etmək üçün aybaşı dövründə kolposkopiya edilmir.
- Kolposkopiyadan bir vəya iki gün əvvəl cinsi əlaqə olmamalıdır.
- Kolposkopiyadan bir vəya iki gün əvvəl tampon istifadə edilməməlidir.
- Kolposkopiyadan əvvəlki iki gün vajina üçün dərmanlardan istifadə edilməməlidir.
- Kolposkopiyadan əvvəl vajinal duş edilməməlidir.
- Kolposkopiya prosedurundan əvvəl yalnız həkimin tövsiyə etdiyi ağrıkəsicilərdən istifadə etmək olar.
- Kolposkopiyadan əvvəl yaşanan narahatlığı azaltmaq üçün idman, meditasiya və ya yaxın dostunuzla vaxt keçirərək stresinizi azalda bilərsiniz. Prosedur zamanı musiqi dinləmək və bənzər fəaliyyətlər də yaşana biləcək narahatlığı azalda bilər
Kolposkopiya proseduru necə olur?
Kolposkopiya klinik şəraitdə edilən prosedurdur.
Xəstə, çanaq müayinəsi və yaxma (smear) testi zamanı olduğu kimi ayaqları dəstəkləyən bir masada arxası üstə uzanır.
Vajinal divarın açılmasına kömək edən bir spekulum aparatı vajinaya qoyulur və serviksə daha rahat baxılmağına şərait yaradılır.
Daha rahat və aydın bir görüntü üçün serviks xüsusi maddə ilə yuyulur.
Anormal hüceyrələrin görünməsini asanlaşdıran bu yuma prosesi bəzən yanma hissinə səbəb ola bilər.
Kolposkopiya aləti vajinanın bir neçə sm önünə yerləşdirilir. Kolposkopiya aləti xəstəyə toxunmur və vajinaya girmir.
Toxumaları 6-40 dəfə böyüdən kolposkopiya cihazı ilə vajinanın iç tərəfi işıqlandırılaraq daha aydın bir görüntü əldə edilir.
Şübhəli bir lezyonun göründüyü hallarda Kolposkopik biopsiya edilir.
Kolposkopik biopsiya necə aparılır?
Kolposkopiya müayinəsi zamanı şübhəli toxumalar aşkar edildikdə, biopsiya forsepsli ilə bütün şübhəli lezyonlardan kolposkopik biopsiya edilə bilər.
Kolposkopik biopsiya zamanı birdən çox bölgədən biopsiya götürülə bilər.
Kolposkopik biopsiya aparmaq üçün xüsusi bir alətdən istifadə olunur və alınacaq hissənin ölçüsü patoloji müayinəyə kifayət edəcək böyüklükdə olmalıdır.
Kolposkopiya proseduru nə qədər davam edir?
Kolposkopiya prosedurunun müddəti kolposkopik biopsiyanın edilib edilməyəcəyinə uyğun olaraq dəyişə bilər. Ümumilikdə proses 5 -15 dəqiqə arasında davam edir.
Kolposkopiya proseduru ağrılıdırmı?
Prosedur zamanı kolposkopiya vajinaya daxil olmadığı üçün ağrı hiss olunmur.
Uşaqlıq boynunu açıq tutmaq üçün vajinal spekulumdan istifadə edildiyi üçün vaginada yüngül təzyiq hiss oluna bilər.
Daha dəqiq görüntü əldə etmək üçün uşaqlıq boynunun yuyulduğu maddə sancma və ya yanma hissinə səbəb ola bilər.
Bununla birlikdə, ağrı, həkimin şübhəli gördüyü və kolposkopik biopsiyaya ehtiyacı duyduğu zaman parçanın alındığı bölgəyə görə də dəyişə bilər.
Servikal bölgədə sinirlər çox olmadığı üçün bu bölgədə aparılan biopsiyalar ümumiyyətlə ağrılı olmur. Serviks nahiyəsindən biopsiya götürüldüyü zaman xəstə yüngül təzyiq və ağrı hiss edə bilər.
Vagina və vulvanın aşağı hissəsində aparılan biopsiya ağrıya səbəb ola bilər. Bəzən birdən çox hissədən parça götürülməsinin tələb olunduğu hallarda lokal anesteziya tətbiq oluna bilər.
Kolposkopiya və kolposkopik biopsiyanın riskləri nələrdir?
Kolposkopiya təhlükəsiz bir üsuldur və təhlükəsiz bir prosedur olduğu üçün də dəfələrlə təkrarlana bilər.
Kolposkopik biopsiya zamanı nadir hallarda:
- Qanaxma
- İnfeksiya
- Yüksək tempratur və ya üşütmə
- Vaginadan tünd, sarı və pis qoxulu axıntı
- Qarın alt hissəsində ağrı yarana bilər.
Kolposkopiyadan sonra qanaxma ola bilərmi?
Kolposkopiya zamanı kolposkap aləti vaginaya toxunmadığı üçün ağrı və ya qanaxma halları müşahidə olunmur. Lakin, lazım görüldüyü zaman edilən kolposkopiya biopsiyası zamanı yüngül qanaxma yaşana bilər. Qanaxma miqdarı biopsiya ediləcək bölgəyə və biopsiya üçün alınacaq parçaların çoxluğuna görə dəyişə bilər. Kolposkopik biopsiya zamanı baş verən qanaxmalar qısa müddətdə dayandırılabilən sadə qanaxmalar şəklində olur.
Kolposkopiyadan sonra axıntılar ola bilərmi?
Kolposkopiya və kolposkopik biopsiyadan sonra axıntı yaşana bilər. Kolposkopiya proseduru zamanı serviksin dəqiq görünməyi və ya biopsiya zamanı kiçik qanaxmaların qarşısını almaq məqsədilə istifadə edilən maye məhsullar daha sonra axıntıya səbəb ola bilər. Kolposkopiyadan sonra axıntılar izlənilməli əgər tünd, sarı rəngli və pis qoxulu axıntı olarsa həkimə müraciət edilməlidir.
Kolposkopiyanın nəticəsi dərhal verilirmi?
Əgər kolposkopik biopsiya edilərsə nəticələrin çıxmağı bir neçə gün gecikə bilər.
Hamiləlik zamanı kolposkopiya edilə bilərmi?
Hamilə xanımlar "Hamiləlik zamanı kolposkopiya edilə bilərmi?” sualının tez-tez soruşurlar. Kolposkopiya tamamilə təhlükəsiz bir prosedurdur və hamiləlik zamanı da edilə bilər. Kolposkopik biopsiya edilməsi zəruri olduğu hallarda isə diqqətli olmaq lazımdır. Hamiləlik zamanı kolposkopiya sadəcə bu sahədə mütəxəssis olan həkimlər tərəfindən edilməlidir. Aşağı dərəcəli lezyonlar üçün hamilə olmayan qadınlarda biopsiya edildiyi halda, hamilə qadınlarda sadəcə xərçəng şübhəsinə səbəb olan lezyonlarda edilə bilər. Xərçəng şübhəsi olmayan lezyonların incələnməsi doğuşdan sonra edilməlidir. Hamilə olmayan xəstələrə edilən uşaqlıq kanalının qaşınaraq təmizlənməsi proseduru hamilə qadınlara tətbiq olunmur.
Kolposkopiya müayinəsinin aparıldığı filiallarımız:
- Referans Poliklinik Nəsimi filialı, Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25 A
- Referans Poliklinik Əhmədli filialı, Bakı şəh., Xətai ray., M.Hadi küç. 229 D
- Referans Poliklinik Bayıl filialı, Bakı şəh., Səbail ray., Akademik Ə.Yaqubov küç. 19
- 36.6 Med Referans Gəncə filialı, Gəncə şəh., Atatürk pr.120B
- Referans Xaçmaz Tibb Mərkəzi, Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Masallı Tibb Mərkəzi, Masallı ray., Qarabağ küç. 20