Diqqət yetirsək görərik ki, insan bədəni dayanmadan çalışan bir fabriki xatırladır. Orqanlarımız, hormonal və sinir sistemi mükəmməl bir uyğunluq içərisində fəaliyyət göstərir. Orqanizmimizdə bir çox funksiyanın yerinə yetirilməsində hormonal sistem əsaslı rol oynayır. Hormonların ifrazını temin edən daxili sekresiya vəziləri hormonal sistemi teşkil edir. Hipofiz, hipotalamus, qalxanabənzər və ətraf vəzilərin, mədəaltı vəz, yumurtalıq ve testislər, böyrəküstü vəz və damarların daxili səthini təmin eden endotel hüceyrələri daxili endokrin sistemi təşkil edən daxili sekresiya vəziləridir. Bu vəzilərdə istehsal olunan hormonların hər hansı birinin normadan artıq, az və ya heç istehsal olunmamasının nəticəsində orqanizmdə hormonal və metabolik pozuntular meydana gəlir.
Mərkəzimizdə müalicəsi həyata keçirilən hormonal və metabolik pozuntular aşağıdakılardır:
Artıq çəki və pilyənmə (Obezite)
Bədənin ümümi kütləsinin yağ kütləsinə olan nisbətinin normadan yüksək olması nəticəsində yaranan metabolik xəstəlikdir. Obezite əksər hallarda normadan artıq qidalanma ilə bağlı yaransa da bəzi endokrin xəstəlliklərin nəticəsində də yarana bilir. Xüsusilə böyrəküstü vəzi, qalxanabənzər vəzi, yumurtalıqlar və hipofiz vəzində yaranan pozuntular bu xəstəliyə yol aça bilir.
Hipertenziya (Yüksək təzyiq)
Hipertenziya xəstəliyinin müxtəlif səbəbləri olmaqla yanaşı hormonal pozuntular da bu xəstəliyə yol aça bilir. Əsasən böyrəküstü vəzi, qalxanabənzər vəzin pozuntuları və şəkərli diabete bağlı bu xəstəliyə rast gəlmək mümkündür.
İnsulinə qarşı rezistentlik Bədəndə yetərli miqdarda insulin olduğu halda orqanizmin bu insulinə qarşı reaksiya verməməsi vəziyyəti insulinə qarşı rezistentlik adlanır. İnsulinə qarşı rezistentlik tək başına yarana bilidiyi kimi bəzi xəstəliklərin fonunda da yarana bilir. Buna polikistik over və metabolik sindromu misal göstərə bilərik. Xəstəliyin müalicəsi peşəkar həkimlərimiz tərəfindən gərəkli dərmanların tətbiqi ilə həyata keçirilir.
Yemə pozuntuları (Aneroksiya Nevroza, Bulimia Nevroza)
Sürətli arıqlama, arıqlama istəyi ilə hədsiz az yemək, qəsdən qusmaq, bağırsaq işlədici vasitələrdən istifadə bu pozuntuya yol açır. Bu xəstəliyin müalicəsində başqa tibb bölmələri ilə yanaşı endokrinoloq həkimlərimiz də iştirak edir.
Şəkərli diabet
Ən geniş yayılmış endokrin xəstəliklərdən biridir və Tip 1, Tip 2, Hamiləlik diabeti (Gestasyonel diabet) adlı növləri vardır. Diabet mədəaltı vəzin yetərli miqdarda insulin hormonu sintez ede bilməməsi və ya ifraz olunan hormonun bədənin hüceyrələri tərəfindən sorulmaması nəticəsində yaranır. Müalicəsində antidiabetik preparatlardan və insulin qələmlərindən istifadə olunur.
Qalxanabənzər vəzi (zob) patologiyaları
Enerji metabolizmi başda olmaqla bədənin funksiyalarında çox önəmli yeri olan bir daxili sekresiya vəzisidir. Digər bütün daxili vəzilərin yetəri miqdar və zamanda hormon ifraz etməsi birbaşa qalxanabənzər vəzinin düzgün fəaliyyəti ilə birbaşa bağlıdır. Bu vəzlə əlaqədar guatr, hipotiroid, hipertiroid, tiroid düyünləri kimi xəstəliklərdə bu vəzin hormonlarında artış və ya azalma görülə bilər.
Hipofiz vəzi xəstəlikləri
Böyümə hormonu, prolaktin, ACTH, TSH, FSH, LH kimi önəmli hormonların sintezləndiyi hipofiz vəzi ilə əlaqədar hipofiz yetməzliyi və bədxassəli şişə bağlı olaraq akromegaliya, cücəlik, hiperprolaktinemiya, erkən menopauza və qalxanabənzər vəzin xəstəlikləri görülə bilir. Hipofiz vəzi stimuləedici bir çox hormanları sintezlədiyi uçun birbaşa onunla əlaqəli olan daxili sekresiya vəzilərinin fəaliyyətinə birbaşa təsir edir. Bu səbəbdən hipofiz vəzinin pozuntuları zamanı gərəkli dərman terapiyası və ya cərrahiyyə əməliyyatına müraciət olunur.
Böyrəküstü vəzi xəstəlikləri
Böyrəklərin üst hissəsində yerləşən bu vəzidən adrenalin, noradrenalin, kortizol və cinsiyyət hormonları sintez olunur. Böyrəküstü vəzidə meydana gələn xoş və bədxassəli şişlər bu hormonların miqdarında artıma və ya azalmaya səbəb ola bilir. Nəticədə hiperaldosteronizm, Cushing sindromu, hiperandrogenizm və feoxromositoma kimi xəstəliklər meydana gəlir. Müalicə üçün dərman terapiyası və ya cərrahiyyə əməliyyatına ehtiyac duyulur.
Qadınlarda kişi tipli tüklənmə (Hirsutizm)
Bu xəstəlik adətən kişi cinsiyyət hormonun qadınlarda normadan çox ifraz olunması nəticəsində yaransa da yumurtalıq kistaları, bədxassəli şişi, hipofiz, qalxanabənzər vəzilərində yaranan pozuntular da buna səbəb ola bilir. Xəstəliyin səbəbi hormonal pozuntu olduğu təqdirdə hormonal disbalansın bərabərləşdirilməsi yolunda addımlar atılır və bunun müalicəsi mərkəzimizdəki təcrübəli həkimlər tərəfindən həyata keçirilir.
Yumurtalıq və toxum kisələrinin xətəlikləri
Endokrinoloji xəstəliklərə bağlı olaraq cinsiyyət hormonlarının yetəri miqdarda ifraz olunmaması nəticəsində yaranan bu xəstəliyə hipoqanadizm adı verilir. Bu səbəbdən kişilərdə erektil disfunksiya, qadinlarda yumurtalıq kistaları, polikistik over sindromu, follikulun yetişməməsi və ya partlamaması kimi problemlər meydana gəlir. Xəstəliyə uyğun terapiya metodları xəstəxanamızın həkimləri tərəfindən aparılır.
Osteoporoz və digər metobolik tipli sümük xəstəlikləri
Sümük xəstəliklərinin əsas səbəbi sümüyü təşkil edən mineralların qandakı miqdarının azalmasının nəticəsində sümüyün daha kövrək hala düşməsidir. Bunun nəticəsində sümüyün ümümi kütləsi azalır və bu vəziyyət sümük əriməsi kimi qiymətləndirilir. Xəstəliyə daha çox yaşlı insanlarda rast gəlinir . Həmçinin hərəkətsiz həyat tərzi və düzgün qidalanmamaq da bu narahatçılığa səbəb olur. Xəstəliyin müalicəsi mərkəzimizdə həm simptomatik həm də gərəkli mineralların sümüklərə sorulmasını təmin edən preparatların təyini ilə həyata keçirilir.
Sonsuzluq yeni ailə qurmuş və yaşı 35 – dən az olan cütlüklərdə bir il müddətində hamiləliyin meydana gəlməməsi vəziyyətidir. Yaşı 35 – dən cox olan insanlarda isə bir illlik periodu gözləmədən müalicəyə başlanmalıdır. Kişilərdə sperm sayının azlığı, kanal tıxanıqlığı, hormonal səbəblər, genetik xəstəliklər və varikoz genişlənmələr sonsuzluğa səbəb olduğu halda qadınlarda hipofizə, yumurtalıqlara bağlı hormonal pozuntular, menstruasiyanın pozğunluğu, erkən menopauza kimi xəstəliklər sonsuzluğa səbəb olur. Xəstəliyin müalicəsində müxtəlif yönlü müalicə üsülları ilə yanaşı müasir metodlar olan suni mayalanma, aşılama terapiyalarından istifade olunur.
Qanda xolesterin və digər qan yağlarının metabolik xəstəlikləri
Xolesterin və triqliserid yüksəkliyi metabolik xəstəliklərə yol açdığı kimi iri həcmli yağ hüceyrələrinin qandakı səviyyəsinin azalması da orqanizmdə yağ metabolizminin pozulmasına səbəb olur. Bu yağ hüceyrələrinin yəni lipidlərin disbalansı orqanizmdə ürək və damar xəstəlikləri üçün risk faktorudur. Xəstəliyin səbəbləri arasında yanlış qidalanma və həyat tərzi ilə yanaşı genetik faktorlar da əsaslı rol oynayır.
Menopauza
Bu termini qadın həyatının bir dönəmi də adlandırmaq olar. Bu zaman qadın orqanizmində follikul sayının azalmasına bağlı olaraq, estrogen hormonunda azalma müşahidə olunur. ÜST bu periodu yumurtalıqların aktivliklərini itirməsi nəticəsində menstruasiyanın pozulması kimi qiymələndirir. ÜST – ün verdiyi melumata əsasən dünyada menopauza yaşı 45 – 55 kimi qiymətləndirilir.
5560 | 25.10.2023
Əməkdaşlar
Endokrinoloq-Diyetoloq
Dr. Vüsalə Babayeva
Bakıdan dəvətli Endokrinoloq
Dr. Elnur Məmmədov
Endokrinoloq
Dr. Pərvin Sadıqzadə
Endokrinoloq
Dr. Süleyman Piriyev
Uşaq Endokrinoloqu
Dr. Samirə Nəsibova
Bakıdan dəvətli Endokrinoloq
Dr. Səlim Əhədov