İxtisas
Nevroloq
Fəaliyyət istiqaməti
- Mərkəzi sinir sistemi xəstəliklərinin müayinə və müalicəsi
- Beyin qan dövranı pozğunluqları – İsemik və hemorragik insult, xroniki serebrovaskulyar çatışmazlıq, başgicəllənmə və yeriş pozğunluğu kimi halların dəyərləndirilməsi.
- Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri – Ensefalit, meninqit və digər neyroinfeksiyalar.
- Epilepsiya – Tutmalarla müşayiət olunan xəstəlik; EEG və medikamentoz nəzarət altında olan müalicə proqramları ilə idarə olunur.
- Parkinson xəstəliyi və parkinsonizm sindromu – Əl titrəməsi, hərəkət ləngiməsi, əzələ sərtliyi və digər motor pozuntuların erkən diaqnostikası və müalicəsi.
- Dağınıq skleroz – Autoimmun mənşəli demielinizəedici xəstəlik; görmə, hissiyat və hərəkət pozuntuları ilə müşayiət olunur.
- Yan Amiotrofik Skleroz (ALS) – Sinir-əzələ aparatını tədricən zəiflədən və ciddi nəzarət tələb edən neyrodegenerativ xəstəlikdir.
- Periferik və vegetativ sinir sistemi pozğunluqlarının müayinə və müalicəsi
- Periferik sinir sistemi xəstəlikləri – Nevritlər, neyropatiyalar, sinir blokları və müxtəlif ağrılı sindromların dəyərləndirilməsi və müalicəsi
- Vegetativ sinir sistemi xəstəlikləri – Təzyiqin sabit olmaması, tərləmə, ürəkdöyünmə, panik atak və digər psixosomatik halların dəyərləndirilməsi və müalicəsi.
- Onurğa sütunun degenerativ xəstəlikləri – Protruziya, fəqərəarası disk yırtığı, osteoxondroz, radikulopatiya və onurğa kanalının daralması ilə müşayiət olunan halların müalicəsi.
- Baş və sinir sistemi ilə əlaqəli funksional pozğunluqların müayinə və müalicəsi
- Baş ağrıları – Miqren, gərginlik tipli, kümevi və ikincili baş ağrılarının səbəblərinin araşdırılması və müalicəsi.
- Başgicəllənmə (vertigo) – Vestibulyar sistem və ya mərkəzi sinir sistemi mənşəli başgicəllənmələrin differensial diaqnozu.
- Sinir-əzələ xəstəlikləri – Miyopatiyalar, miasteniya və sinir-əzələ keçiriciliyinin pozulması ilə xarakterizə olunan hallar.
- Sinir tikləri və qeyri-iradi hərəkətlər – Uşaq və böyüklərdə rast gəlinən motorik və vokal tiklərin müayinəsi və idarə olunması.
- Yuxu pozğunluqları – Yuxuya getmədə çətinlik, tez oyanma və keyfiyyətsiz yuxu kimi problemlərin müalicəsi.
- Nevrozlar – Stress, narahatlıq, emosional gərginlik və digər funksional pozğunluqlarla müşahidə olunan vəziyyətlər.
- Enurez (gecə sidiyə qaçırma) – Xüsusilə uşaqlarda rast gəlinən, nevrogen və ya psixogen mənşəli halların dəyərləndirilməsi və müalicəsi.
Konfranslar
- 2017-ci il- 54 cü Ulusal nöroloji kongresi
- 2018-ci il Nöropatik ağrı kongresi
Təhsil
- 2010-2016 illər Azərbaycan Dövlət Tibb Universitet
- 2016-2020-ci il Nevrologiya ixtisası üzrə Rezidentura təhsili.
- 2018 ci il Türkiyə İzmir şəhəri Ege Tibb Universiteti xəstəxanasında Nevralogiya ixtisası üzrə ixtisas artırma təhsili.