Qida həssaslığı orqanizmdə həzm oluna bilməyən qida və qida məhsullarına qarşı verilən reaksiyadır. Bu zaman diskomfort hissi, meteorizm, ürək bulanması, mədədə yanma hissi, qusma, ishal, mədədə ağrılar kimi əlamətlər meydana çıxır. Bu simptomlar dərhal görünməyə bilər.
Adədən bu şikayətlər Qida Allergiyası ilə səhv salınır, nəticədə isə allergiyaya səbəb olacaq IgE yoxlanılmasına qərar verilir. Lakin, qida həssaslığı qida Allergiyasından fərqli olaraq spesifik IgG anticisimlərinin təyini əsasında müəyyən edilir.
Yuxarıda qeyd olunan şikayətlərdən hər-hansısa biri sizdə varsa, bunların səbəbi təyin oluna bilmirsə və hələdə sizə düzgün diaqnoz qoyulmayıbsa, aparılan digər müalicələr sizə heç bir fayda vermirsə, o zaman Referans Laboratoriyasının təqdim etdiyi FOX test ilə çoxdan gözlədiyiniz nəticəni əldə edə bilərsiniz!
Bir test ilə Qida həssaslığının səbəb olduğu şikayətlərdən azad olacaqsınız!
Test 13 qida qrupundan 287 qida antigenini aşkarlaya bilən immun analizidir və test nəticələri individual olaraq dəyərləndirilir.
Test bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

1112 | 10.10.2023