NT-proBNP ürək çatışmazlığının diaqnozu və monitorinqində (onun şiddətinin təyin edilməsi üçün) istifadə edilən sadə qan testidir. NT-proBNP təyini ürək çatışmazlığının erkən mərhələlərində asimptomatik xəstələrdə sol mədəciyin sistolik və ya diastolik disfunksiyasının diaqnostikasında da istifadə edilir.
Təcili yardım şöbələrində kəskin tənginəfəsliyin differensial diaqnostikasında adətən yalnız klinik qiymətləndirmə ilə qərar vermək asan deyil və NT-proBNP-nin əlavə edilməsi dəqiq və erkən diaqnoz üçün çox vacibdir.
Tənginəfəslik, yorğunluq, döş qəfəsində ağrı və s. kimi ürək çatışmazlığı əlamətləriniz varsa və ya ürək çatışmazlığından müalicə olunursunuzsa, xəstəliyi kontrol altında saxlamaq üçün bu testi verməyiniz məsləhət gorülür.
NT-proBNP hormonunun təyini üçün qan testinə hazırlıq qaydaları :
- Analiz səhər acqarına, 8-14 saatlıq aclıqdan sonra (su içə bilərsiniz) verilməlidir
- Günün ikinci yarısından sonra yüngül qida qəbulundan 4 saat sonra verilə bilər
- Analizdən 24 saat əvvəl spirtli içki qəbul edilməməlidir
- Analizdən 1-2 saat əvvəl siqaret çəkməmək, emosional və fiziki gərginlikdən (qaçış, pilləkənləri sürətli qalxma və s.) uzaq durmaq məsləhətdir.
Test bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
1248 | 10.10.2023