Allergiya, immun sisteminin yad maddələrə qarşı qeyri-adi reaksiyasıdır. Bu yad maddələrə allergen deyilir. Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Simptomlar (səpgi, ödem və ya qaşınma) ümumiyyətlə allergenlə təmasdan qısa müddət sonra baş verir.
Əgər xüsusi bir allergiyadan (məsələn, müəyyən bir qida, polen və ya heyvan tükü) şübhələnirsinizsə, yalnız həmin allergen üçün test verə bilərsiz.
✅Aşağıda qeyd olunan tək-tək allergenlər üzrə testlərdən istifadə edə bilərsiniz:
- F105 Şokolad
- F75 Yumurta sarısı
- F1 Yumurta ağı
- H1 Ev tozu
- F247 Bal
- F2 Süd
- F9 Düyü
- F17 Fındıq
- F78 Kazein
- E1 Pişik epiteli
- F25 Pomidor
- F44 Çiyələk
- F79 Qlüten
- E85 Toyuq tükü
- F33 Portağal
- F208 Limon
Əgər bir neçə allergendən eyni vaxtda şübhələnirsinizsə və ya allergiyanın mənbəyini dəqiq müəyyənləşdirmək mümkün deyilsə, allergiya testlərinin panel şəklində verilməsi məqsədəuyğun ola bilər. Panel testləri eyni vaxtda bir neçə allergeni yoxlamağa imkan yaradır, bu da allergiyanın səbəbi dəqiqliklə müəyyən etməyə kömək edir.
✅Allergiya panelləri aşağıdakı kateqoriyalara bölünür:
- Allerqoloji tənəffüs paneli
- Allerqoloji qida paneli
- Allerqoloji qarışıq panel
- Alex2
Panel testlərinin üstünlükləri:
- Birdən çox allergeni eyni vaxtda test etmə imkanı.
- Gizli və ya gözlənilməz allergik reaksiyaların aşkar edilməsi.
- Daha geniş spektrli nəticələr təqdim edərək həkimə daha dəqiq diaqnostika üçün imkan yaratması.
22368 | 17.04.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
442 AZN
Müraciət et
Texniki Göstəricilər
BÖLMƏ
|
Allerqologiya |
Çalışma üsulu
|
Nano-bead texnologiyası |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
2 - iş günü sonra |
Nümunə miqdarı
|
300 MkL |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli, lipemik nümunələr |
Sinonim
|
Alex2 |
Testə hazırlıq/xüsusi şərtlər
|
Xüsusi hazırlıq tələb olunmur. |
Testin kodu
|
LAB-14-007 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.