Apo-B, Apolipoprotein B, Beta Apolipoprotein
Apolipoprotein B aşağı sıxlıqlı lipoproteinlərin (LDL) bir hissəsi olan qan plazma zülalıdır. Onun konsentrasiyasının artması ürək-damar xəstəliklərinin inkişaf riskinin artdığını göstərir.
Apolipoprotein B konsentrasiyası yüksəkliyi aterosklerotik xəstəlik riskinin yüksəkliyinin bir göstəricisi olaraq qəbul edilir. Hiperlipoproteinemiya Tip IIa, IIb, IV və V, vaxtından qabaq koronar ürək xəstəliyi, diabet, hipotiroidizm, nefrotik sindrom, böyrək çatışmazlığı, qaraciyər obstruksiyası, qaraciyər xəstəlikləri, Cushing sindromu, disqlobulinemiya, porfiriya, hamiləlik, nevrotik anoreksiya, emossional stres, dietada xolesterol və doymuş yağların artması kimi hallarda serumda apolipoprotein B səviyyəsi artır.
Tip I hiperlipoproteinemiya, lipoprotein lipaza kofaktor (Apo C-II) çatışmazlığı, hipertiroidizm, doyunca yeməmək, intestinal malabsorbsiya, xroniki anemiyalar, ağır hepatosellulyar funksiya pozğunluqları, Reye sindromu, kəskin stres (xəstəliklər, yanıqlar), iltihabi oynaq xəstəlikləri, xroniki ağciyər xəstəlikləri, mieloma və doymamış yağlarla zəngin dieta tətbiqi hallarında apolipoprotein B səviyyəsi azalır.
Aşağıda qeyd olunan xəstəliklər Apolipoprotein B-nin artması ilə zamanı müşahidə olunur:
- Ailəvi hiperxolesterinemiya;
- Hiperapobetalipoproteinemiya (ASL-normada, Apo B-artıb);
- Hiperlipoproteinemiya II,IV,V tip;
- Ailəvi kombinasiyalı hiperlipidemiya;
- Ailəvi apo B-100 çatışmazlığı;
- Ürəyin işemik xəstəliyi,nefrotik sindrom;
- Ateroskleroz,koronar damarların zədələnməsi;
- Miokard infarktı;
- Şəkərli diabet, hipotireoz;
- Qaraciyər xəstəlikləri, öd axarın obliterasiyası, xolestaz(hepatit,sirroz,öd daşları);
- İsenko-Kuşinq sindromu,porfiriya;
- Xroniki böyrək çatışmazlığı;
- Poligen (sporadik) hiperxolesterinemiya;
- Hamiləlik (analiz ən azı doğuşdan 6 həftə sonra aparılması məqsədəuyğun hesab olunur);
- Siqaretçəkmə;
- Piyləmə;
- Az hərəkətli həyat tərzi;
- Doymuş yağlar və xolesterol ilə zəngin qida qəbulu;
- Dərman preparatları: anabolik steroidlər, androgenlər,sidik qovucu preparatlar, katexolaminlər, qlükokortikoidlər, proqestinlər, beta-adrenoblokatorlar, siklosporin.
Apolipoprotein B-nin azalması isə aşağıdaki hallarda müşahidə olunur:
- Abetalipoproteinemiya (nadir genetik xəstəlikdir. Apo B sintezi pozulu.ASL və ÇASL səviyyəsi azalır);
- Ailəvi hipobetalipoproteinemiya;
- Hipertireoz;
- Qaraciyər xəstəlikləri;
- Malabsorbsiya sindromu;
- Xroniki anemiyalar;
- Ağır hepatosellyular disfunksiyalar;
- Oynaqların iltihabı xəstəlikləri;
- Miyelom xəstəliyi;
- Yoluxucu xəstəliklər,və iltihab prosesi;
- Kompensasiya olunmayan şəkərli diabet;
- Ağır yanıqlar;
- Alkoqolizm;
- Uzun müddət ac qalma;
- İntensiv fiziki iş;
- Xolesterol və doymuş yağ turşuları ilə kasıb,və polidoymamış yağ turşuları ilə zəngin dieta;
- Menopauza;
- Bədən kütləsinin azalması;
- Dərman preparatları: statinlər, fibratlar, fenobarbital, oral kontraseptivlər, tiroksin, estrogenlər, xolestiramin və s.