C-reaktiv protein, Kəskin faza zülalı
C-reaktivdə zülal iltihabi proses zamanı ilk növbədə artır, onun göstəriciləri iltihabın başlanmasından keçmiş ilk 4 saat ərzində qanda bir neçə dəfə arta bilər. 48 satdan sonra isə 1000 dəfə normadan artıq ola bilər.
C-reaktiv zülalın maksimal göstəriciləri bakterial infeksiyalar zamanı qeyd olunur, virus infeksiyaları zamanı isə adətən 40 mq/l-dən yüksək olmur. Məhz bu səbəbdən CRP analizi xəstəliyin bakteriya və ya virus mənşəli olduğunu təyin etmək üçün təyin edilir. Nəticə isə “Antibiotiklər lazım olacaqmı?” kimi vacib suala cavab tapmaqda kömək olur.
C-reaktiv zülalın göstəricisi iltihabın həcmini və aktivliyini göstərsədə, orqanizmdə onun yerləşdiyi yeri göstərə bilməz (istər kəskin appendisit, istərsə də dişin absesində CRP yüksək rəqəmlər göstərəcək)
Analiz nə zaman və nə məqsədlə təyin olunur?
• İltihabi prosesin aşkarlanması;
• Bakterial və virus infeksiyaların differensial diaqnostikası;
• Hərarətin artması, oynaq və əzələlərdə xroniki ağrılar, limfatik düyünlərin böyüməsi hallarında;
• Əməliyyatdan öncə və sonra;
• Antibiotik, immunosupressiv və iltihabaqarşı preparatlarla müalicəyə başlayandan 2-3 gün sonra;
• Bütün kəskin xəstəliklər və hallar – miokard infarktı, kəskin tromboflebit, kəskin qarın, koma;
• Xroniki proseslər – autoimmun, revmatik, şiş xəstəlikləri.
C-reaktiv zülalın norması beynəlxalq standartlarla təyin olunmayıb, müxtəlif laboratoriyalarda istifadə olunan üsul və reaktivlərdən asılıdır.
C-reaktiv zülal səviyyəsinin artmasının səbəbləri:
- kəskin viral və bakterial infeksiyalar;
- xroniki iltihablı (infeksion və immunopatoloji) xəstəliklərin kəskinləşməsi;
- toxuma zədələnməsi (travma, cərrahiyyə, kəskin miokard infarktı);
- malign neoplazmalar və metastazlar;
- yanıqlar;
- sepsis;
- ürək-damar xəstəlikləri və onların ağırlaşmaları riskinin artması ilə əlaqəli xroniki ləng iltihab prosesi;
- siqaret çəkmək;
- arterial hipertenziya;
- artıq bədən çəkisi;
- diabet.
Nəticəyə nə təsir edə bilər?
CRP səviyyəsini artıran amillər:
CRP səviyyəsini aşağı salan amillər:
qeyri-steroid antiinflamatuar dərmanların (aspirin, ibuprofen), kortikosteroidlərin, statinlərin, beta-blokerlərin qəbulu.
CRP səviyyəsini artıran amillər:
- hamiləlik,
- sıx fiziki fəaliyyət;
- oral kontraseptivlərin qəbulu,
- hormon əvəzedici terapiya.
CRP səviyyəsini aşağı salan amillər:
qeyri-steroid antiinflamatuar dərmanların (aspirin, ibuprofen), kortikosteroidlərin, statinlərin, beta-blokerlərin qəbulu.