Carbamid
Böyrəklərdə olan patoloji dəyişikliklərin qiymətləndirilməsində qanın tərkibindəki karbamid azotunun qatılığı və onun ümumi qalıq azotunun miqdarındakı faizi böyük əhəmiyyət kəsb edir. Qanda karbamidin qatdığının 50-150 mq/dl səviyyəsində olması böyrəyin funksiyasının ciddi şəkildə pozulduğunu və uremiyanın törəndiyini göstərir, uremiyanın terminal inkişaf dövründə bu göstərici hətta 150-250 mq/dl-dən də artıq ola bilər.
Artmasına səbəb olan hallar:
• Böyrək qan dövranının zəifləməsinə səbəb olan bəzi dispeptik xəstəliklər;
• Müxtəlif etiologiyalı şoklar;
• Sidik yollarının tutulması (postrenal azotemiyalar);
• Zülal katabolizminin artması (bu zaman serumda kreatininin miqdarı normal olur);
• Mədə-bağırsaq sistemindən qan itirmələr;
• Böyrək funksiyasının pozulması;
• Kəskin miokard infarktı.
Azalmasına səbəb olan hallar:
• Qaraciyər çatışmazlığına səbəb olan proseslər (zəhərlənmələr, hepatitlər, hepatotoksik dərman preparatları);
• Orqanizmin zülal sintezinə ehtiyacının artması ilə nəticələnən proseslər (hamiləliyin son ayları, akromeqaliya və s.);
• Dietik rejimlər (zülalın az, karbohidratm isə çox qəbul edilməsi);
• Bəzi böyrək xəstəlikləri;
• Absorbsiyanın artması.