Kreatinkinaza (CK) - zolaqlı əzələ, ürək əzələsi və beyində ən aktiv olan hüceyrədaxili fermentdir.
Kreatinkinazın üç izoenzimi var: beyində BB, zolaqlı əzələdə MM və ürək əzələsində MB. Sağlam bir insanda serum kreatin kinazının 90%-dən çoxu skelet əzələsindən əmələ gəlir. Serum kreatin kinaz aktivliyi bütün əzələ distrofiyalarında artır və hətta xəstəliyin klinik təzahürünün başlamazdan əvvəl də uzun müddət yüksələ bilər.
Bu test daha çox zolaqlı əzələ zədələnməsinə səbəb olan hər növ xəstəliyin və miokard infarktının diaqnostikası və təqibi məqsədi ilə istifadə olunur.
Travmalar, cərrahi müdaxilələr, hər hansı bir səbəblə meydana gələn miopatik xəstəliklər (rabdomioliz, polimiozit, dermatomiozit, miokardit), əzələ distrofiyaları, uzun müddətli hipotermiya, hipotiroidizm, infeksiyalar, konjestif ürək çatışmazlığı, kardial defibrillyasiya tətbiqi, ağciyər emboliyası, generalizə olunmuş konvulsiyalar, yayılmış beyin infarktı, şiddətli məşq, intramuskulyar infeksiyalar, qanda total CK aktivliyində artıma səbəb olur. Xüsusilə, Duchenne tip olmaqla bütün əzələ distrofiyalarında, total CK aktivliyi çox yüksək olur.
Analiz nə üçün istifadə olunur?
• Miokard infarktı, miokardit, miokard distrofiyası diaqnozunu təsdiqləmək üçün;
• Polimiozit, dermatomiyozit, miodistrofiya diaqnozunu təsdiqləmək üçün;
• Tiroid xəstəliklərinin müayinəsi üçün;
• Onkoloji prosesin olub-olmamasının geniş diaqnostikası və onun şiddətini qiymətləndirmək;
• Polimiozit, dermatomiozit, miodistrofiya, miopatiyanın gedişatının şiddətini qiymətləndirmək;
• Duchenne miopatiya geninin daşınmasını müəyyən etmək;
• İnfeksiya nəticəsində intoksikasiya zamanı, həmçinin zəhərlənmə zamanı (dəm qazı, ilan zəhəri, dərman preparatları) ürək və əzələ sisteminin zədələnməsinin diaqnostikası və şiddətinin qiymətləndirilməsi üçün.
Ümumi kreatinkinazın aktivliyinin artırılmasının səbəbləri:
•Miokardiodistrofiyalar, skelet əzələsinin travmatik zədələnmələri, əzələ sisteminin xəstəlikləri. MSS-nin müxtəlif xəstəlikləri: şizofreniya, maniyakal-depressiv psixozlar, sindromlar - psixotrop dərmanlarla əlaqədar; cərrahi əməliyyatdan sonra, alkoqol qəbulunda, prednizolon qəbulundan sonra, hipotriozda isə miokard infarktını əzələ zədələnməsindən fərqləndirmək üçün KK/AST münasibəti müəyyən edilir. MI zamanı <10 olur, >10 olması isə skelet əzələsinin zədələnməsini göstərir.
Ümumi kreatinkinazın aktivliyinin azalmasının səbəbləri:
•Əzələ kütləsinin azalması;
•kollagenozlar (məsələn, romatoid artrit);
•hipertiroidizm;
•askorbin turşusu, amikasin, aspirin qəbulu;
•hamiləlik.
Nəticəyə nə təsir edə bilər?
Qəbul edilən dərmanlar, eləcə də, xroniki xəstəliklər haqqında həkimə dəqiq məlumat vermək lazımdır.
Cərrahiyyə və bəzi hallarda venadaxili inyeksiyalar kreatinkinazın aktivliyini artırır.
350 | 13.08.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Biokimya |
Çalışma üsulu
|
Fotometriya |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Sinonim
|
Kreatin fosfokinaza |
Testə hazırlıq/xüsusi şərtlər
|
Aclığa gərək yoxdur |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |